"Sankt-Peterburq Opera" Teatrının Bakı qastrolu - VİDEO

"Sankt-Peterburq Opera" Teatrının Bakı qastrolu - VİDEO

"Faust" operasını da dinəyə biləcəksiniz

17 dekabr Azərbaycan Opera və Balet Teatrının səhnəsində J.Bizenin "İncilər axtaranlar" tamaşası nümayiş olunacaq.

BakuCity.az-ın məlumatına görə, Rusiyada və xaricdə tanınmış musiqi teatrlarından biri - "Sankt-Peterburq Opera" Dövlət Kamera Musiqili Teatrı paytaxta gəlir.

Yeni teatr mövsümündə Yunanıstan, Latviya və Moskvadakı tamaşalarla başlayan beynəlxalq teatr layihələri ikinci dəfə Bakıda davam edəcək. Keçən mövsümdə Bakıdakı Rus Dram Teatrının səhnəsində qrup "Dünya klassiklərinin şah əsərləri" adlı qala konsert nümayiş etdirdi. Bu il isə "Rus Teatrı ili" və S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının 100 illik yubileyi çərçivəsində “Sankt-Peterburq Opera” Yuri Aleksandrovun rejissorluğu ilə iki unikal tamaşa və teatrın orkestri və solistlərin qala konsertini təqdim edəcək.

"Sankt-Peterburq Opera" Teatrının Bakı qastrolu - VİDEO, fotoşəkil-1 "Sankt-Peterburq Opera" Teatrının Bakı qastrolu - VİDEO, fotoşəkil-2

Rejissorun sözlərinə görə, tamaşa yalnız baş rol ifaçıları ilə deyil, həm də rəngarəng dekorasiya və geyimləri ilə tamaşaçıları heyrətləndirəcək. Tamaşaçılar Şərqin inanılmaz və füsunkar dünyasını görəcəklər. Ssenarisi Rusiyanın xalq rəssamı Vyaçeslav Okunevə məxsus olan "Mirvari axtaranlar"da əsas məqam süjet deyil, melodik tərəfidir. 

Dekabrın 18-də Bakı tamaşaçısı Azərbaycan Opera və Balet Teatrının səhnəsində Şarl Qunonun "Faust" operasını görə biləcək.

Qastrol səfəri dekabrın 19-da Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında keçiriləcək solistlərin və “Sankt-Peterburq Opera” Teatrının orkestrinin qala konserti ilə başa çatacaq. Proqramda P.Çaykovski, N.Rimski-Korsakov, R.Şedrin, A.Alyabev, C.Verdi, C.Rossini, Q.Donisetti, Ş.Quno, R.Leonkavallo kimi rus və xarici bəstəkarların ən populyar operalarından ariyalar və duetlər yer alacaq.

İnformasiya dəstəyi - BakuCity.az

BakuCity.az

Bakı Rusiya teatr
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər