Bakıda yeni metro stansiyaları harada açılacaq? – SİYAHI

Günəşliyə də metro çəkiləcək

Qarşıdakı illərdə daşınmaz əmlak bazarına təsir edən amillərdən biri də yeni metro stansiyalarının işə düşməsi olacaq. Metro xətlərinin genişlənməsi, yeni stansiyaların tikintisi paytaxtın daşınmaz əmlak xəritəsini ciddi surətdə dəyişdirir. 

Xatırladaq ki, 2011-ci ildə prezident İlham Əliyevin fərmanı Bakı Metropoliteninin Perspektiv İnkişaf Planı təsdiqlənib. Plan paytaxtda yeni metro xətlərinin və stansiyaların tikintisini nəzərdə tutur. Bu işlər nəticəsində 2030-cu ilə qədər Bakı Metropoliteni stansiyaların sayı 76-ya çatdırılacaq.

BakuCity.az FED.az-a istinadən məlumat verir ki, yeni metro stansiyaları aşağıdakı ünvanlarda işə düşəcək.

Yaşıl, qırmızı, sarı, mavi, bənövşəyi…

Hazırda Bakı Metropoliteni 2 xətdən ibarətdir: «Xətai»-«Dərnəgül» və «İçəri şəhər»-«Həzi Aslanov» xətləri. Bu xətləri şərti olaraq müvafiq surətdə «Yaşıl xətt» və «Qırmızı xətt» adlandırırlar. Perspektiv İnkişaf Planında həm bu xətlərin genişlənməsi, həm də, əlavə 3 yeni metro xəttinin - «Bənövşəyi», «Mavi» və «Sarı» xətlərin çəkilməsi nəzərdə tutulub.

«Mavi» və «Bənövşəyi» xətlər Bakının şərq və qərb qurtaracaqlarını birləşdirir.  «Mavi xətt» Yeni Yasamal-Bakıxanov qəsəbəsi, «Bənövşəyi xətt» isə Avtovağzal-Qaraçuxur oxunu yaradır. Bu xəttin qurtaracağında Xocahəsən qəsəbəsinin gərişində, «Murad» şadlıq sarayının yaxınlığında depo stansiyası da tikilir, gələcəkdə ondan yerli əhali də istifadə edə biləcək.

Onlardan fərqli olaraq «Sarı xətt» Binəqədidən-Bibiheybət məscidinə qədər uzanmaqla Bakının şimal və cənubunu əlaqələndirir. «Sarı xətt»in deposu da Binəqədidə olacaq.

Bu 3 yeni xətt indiyədək metronun «Nizami», «Gənclik», «Memar Əcəmi»  və «Azadlıq prospekti» stansiyalarının arasındakı böyük ərazidəki  nəqliyyat xətləri boşluğunu dolduracaq. Bura Heydər Əliyev adına İdman Sərgi Kompleksi, Cıdır meydanı, Həsən Əliyev küçəsinin ətrafı və s. ərazilər aiddir. Yeni xətlərin rahatlıq gətirəcəyi digər ərazi Keşlə, NZS və 8-ci kilometr adlanan sahələrdir. Beləliklə… 

«Bənövşəyi xətt»

Yaxın illərdə Bakının metro xətlərində baş verəcək ən maraqlı dəyişikliklər «Bənövşəyi xətt»lə bağlıdır.  Başlanğıcını Bakı Beynəlxalq Avtovağzalından (gələcəkdə Xocahəsən qəsəbəsinədək uzanacaq) götürən xətt bütün paytaxtı keçərək Qaraçuxur qəsəbəsinədək uzanacaq. Bu xəttin digər özəlliyi onun şəhərin lap mərkəzindən keçməsidir ki, nəticədə paytaxtın bu ərazilərində sərnişin daşımaları qat-qat asanlaşmalıdır.

Bu xəttin üzərində 12 stansiya olacağı nəzərdə tutulub. «Bənövşəyi xətt»in ilk stansiyası (şərti olaraq B-1) Bakı Beynəlxalq Avtovağzalında işə düşüb, sonrakı stansiya B-2 və ya “Memar Əcəmi-2” stansiyasıdır. Adından göründüyü kimi, bu stansiya keçid stansiyasıdır, yəni onun vasitəsilə «Bənövşəyi xətt»in sərnişinləri «Memar Əcəmi» stansiyası vasitəsilə hazırda mövcud olan «Dərnəgül - Xətai» xəttinə keçə bilərlər. 

Növbəti, 3-cü stansiya (B-3) Ceyhun Səlimov küçəsində – Bakının «Papanin» adlanan ərazisində olacaq. Bu stansiya «Bənövşəyi xətt»lə gələcəkdə tikilməsi nəzərdə tutulan «Mavi xətt»in kəsişməsində olduğu üçün bu da keçid stansiyası hesab olunur.

«Bənövşəyi xətt»in 4-cü stansiyası (B-4) Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasında, təxminən 1 saylı Klinik Tibbi Mərkəzlə adıçəkilən kompleksin arasında, «Neptun» marketin yaxınlığında olacaq, oradan bir neçə istiqamətə – kompleksin özünə, C.Məmmədquluzadə küçəsinə, eləcə də Tbilisi prospektinə çıxışlar olacaq.

Xəttin beşinci stansiyası (B-5) şəhərin mərkəzində – Heydər Əliyev Sarayının arxa hissəsində –«Qış bağı»nın yanında tikiləcək.

Burdan sonra metro xətti şəhərin mərkəzinə və dənizə doğru davam edəcək və altıncı stansiya (B-6) Azadlıq meydanında olacaq.

Azadlıq meydanından sonrakı stansiya (B-7) «Xətai» stansiyası ilə keçid stansiyası olacaq.

B-8 stansiyasının isə Keşlə qəsəbəsində (məscidin yanında) inşa olunacağı gözlənilir.

Növbəti 2 stansiya Babək prospektində olacaq. Onlardan biri (B-9) “Murad” şadlıq evinin yanında yerləşəcək, digəri isə (B-10) keçmiş «Maşın bazarı» kimi tanınan ərazinin yaxınlığında olacaq. Bundan sonrakı stansiya (B-11) “Xalqlar Dostluğu” stansiyası ilə kəsişəcək. Nəhayət, bu xətt üzrə sonuncu stansiya (B-12) Qaraçuxur qəsəbəsində inşa olunacaq. Qəsəbədə stansiya Hajinski prospektində,  Dövlət Yanğından Mühafizə Xidmətinin yanında tikiləcək.

Hazırda «Bənövşəyi xətt» üzrə işlər tam surətlə gedir. Bu yaya qədər xəttin ilk iki stansiyası - «Avtovağzal» və «Memar Əcəmi 2»  stansiyalar istismara veriləcək. Yeri gəlmişkən, gələcəkdə «Bənövşəyi xətt»in Xocahəsəndə yerləşəcək depoya qədər uzadılması nəzərdə tutulur. 

«Mavi xətt»

Başlanğıcını Yeni Yasamaldan götürən «Mavi xətt» Sabunçu rayonunun Bakıxanov qəsəbəsinədək uzanacaq. Bakı Metroliteni xətlərinin perspektiv sxeminə əsasən, «Mavi xətt»də 11 stansiya və 1 depo olacaq. Depo Yeni Yasamal ərazisində tikiləcək.

Beləliklə, «Mavi xətt»in ilk stansiyası (M-1) Yeni Yasamalda, «Bizim Market»dən bir qədər yuxarıda 77 saylı avtobusun sonuncu dayanacağı kimi tanınan ərazidə nəzərdə tutulur.

2-ci stansiya (M-2) hazırkı «İnşaatçılar» stansiyası ilə keçid stansiyası olacaq.

Bu xəttin 3-cü stansiyası (M-3) Ceyhun Səlimov küçəsində (Papanində) yerləşəcək və «Bənövşəyi xətt»lə keçid stansiyası olacaq. 

4-cü stansiya (M-4) Həsən Əliyev küçəsində Kooperasiya Universitetinin yanında nəzərdə tutulur. Bu stansiyada «Mavi xətt» metronun digər istiqaməti olan «Sarı xətt»lə kəsişəcək.

Xəttin 5-ci stansiyası (M-5) isə hazırkı «Gənclik» stansiyası ilə keçid olacaq.

M-6 stansiyası «Gənclik» stansiyası ilə Keşlə qəsəbəsinin arasında yerləşəcək.

«Mavi xətt»in 7-cı stansiyası (M-7) Keşlə qəsəbəsində «Bənövşəyi xətt»lə kəsişəcək. Xəttin sonrakı iki stansiyaları (M-8 və M-9) Heydər  Əliyev adına Neft Emalı Zavodunun ətrafı və 8-ci kilometr ərazisinə düşür.

10-cu stansiya (M-10) «Qara Qarayev» stansiyası ilə keçiddir.

Sonuncu olacaq M-11 stansiyası isə Bakıxanov qəsəbəsində yerləşəcək. Hazırda «Mavi xətt»in üzərində layihə işləri gedir.

«Sarı xətt»

Bakının metro xətləri sxemində ən böyük səbirsizliklə gözlənilən istiqamət «Sarı xətt»dir desək, yanılmarıq. Bu xətt paytaxtın kifayət qədər inkişaf etmiş və gur hərəkət olan, amma nəqliyyat sisteminin lazımi səviyyədə olmadığı ərazilərini birləşdirir.

İlkin plana əsasən 11 stansiyadan və 1 depodan ibarət olacaq «Sarı xətt» başlanğıcını (S-1 stansiyası) Binəqədi qəsəbəsindən götürəcək, ikinci stansiya (S-2) M.Ə.Rəsulzadə qəsəbəsində olacaq. 

Xəttin 3-cü stansiyası (S-3) hazırkı «Azadlıq prospekti» stansiyası ilə keçid olacaq, 4-cü stansiya (S-4) isə 8-ci mikrorayon ərazisində – Ayna Sultanovanın heykəli ilə «Azadlıq prospekti» metrosunu birləşdirən xəttin düz ortasında inşa ediləcək.

5-ci stansiya (S-5) Kooperasiya Universiteti yaxınlığında «Mavi xət»lə, 6-cı stansiya (S-6) Heydər Əliyev adına İdman Kompleksi yaxınlığında «Bənövşəyi xətt»lə kəsişəcək, 7-ci stansiya (S-7) hazırkı «Nizami» stansiyası, 8-ci stansiya (S-8) isə «İçərişəhər» stansiyası ilə keçid olacaq.

İçəri şəhərlə Bibiheybət məscidi arasındakı ərazidə isə 2 stansiya (S-9 və S-10) tikiləcək. «Sarı xətt»in sonuncu -11-ci stansiyası isə Bibiheybət məscidinin yaxınlığında, yeni salınmış «Yeni şəhər» yaşayış kompleksinin ətrafında nəzərdə tutulub.

«Qırmızı» və «Yaşıl» xətlər genişlənir

Yeni xətlərin salınması ilə yanaşı, indi mövcud olan «Qırmızı» və «Yaşıl» xətlər də genişlənəcək. Bu işlər nəticəsində hər iki xətt hər iki istiqamətdə uzanacaq.

«Yaşıl xətt»

Belə ki, hazırda «Yaşıl xətt» metronun «Xətai» və «Dərnəgül» metro stansiyalarını birləşdirir. Genişlənmə işləri nəticəsində xətt dairəvi forma alacaq. Yəni hər iki tərəfdən uzanmaqla Koroğlu stansiyasında dairə qapanacaq.

Bunun üçün «Xətai» stansiyasından tikilməkdə olan «Həzi Aslanov 2» stansiyasına qədər Nobel prosepekti boyunca 3 yeni stansiya tikiləcək. Bunlardan biri «Ağ Şəhər»də, digəri Xəzər TV-nin binasının yanında (Neft Emalı Zavodunun qabağında), biri də "Nargilə" dairəsi yaxınlığına düşür. 

«Həzi Aslanov 2»dən sonra Köhnə Günəşli, Yeni Günəşli və Qaraçuxurda keçid stansyası olacaq. Qaraçuxurdan sonra tikiləcək stansiya (Bakıxanovla Qaraçuxurun arasında olacaq), sonrakı stansiya Bakıxanov qəsəbəsində, sonra isə Bakıxanovla «Koroğlu» stansiyasının arasında olacaq. Sonra isə Koroğlu stansiyasında keçid stansiyası (11ci) olacaq.

Dərnəgüllə Koroğlu arasında isə 2 yeni stansiya olacaq. Bu stansiyalardan biri «Elit» ticarət mərkəzi və 10 saylı Cəzaçəkmə müəssisəsinin ətrafında, 2cisi isə Böyük Şor yaxınlığında olacaq. 

«Qırmızı xətt»

«Qırmızı xətt» üzrə isə genişləndirmə işlərinin bir hissəsi «İçəri şəhər» stansiyasından sonra olacaq. “İçəri şəhər”dən sonra Badamdar qəsəbəsinə qədər 4 yeni stansiyanın tikintisi nəzərdə tutulub. Bunlardan biri Mətbuat prospektində - 20 saylı məktəbin yanında, digəri Nəbatat bağı ətrafında olmalıdır.

Digər iki stansiya Badamdar qəsəbəsinin ərazisində tikiləcək. Bunlardan biri ABŞ səfirinin evi yaxınlığında, digəri isə qəsəbə şurasının yaxınlığında olacaq.

«Qırmızı xətt» digər tərəfdən, «Həzi Aslanov» stansiyasından sonra da genişlənəcək. Buradan Zığ şosesinə tərəf 2 yeni stansiyanın tikilməsi nəzərdə tutulub. Bunlardan biri Zığ şosesinə girəcəkdə, digəri isə Hərbi Akademiyanın yaxınlığında tikiləcək.

BakuCity.az

Bakı metro yeni stansiyalar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
623 baxış noyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
"Biz də çörək pulu üçün çıxmışıq" Ən azı bir dəfə də olsun Koroğlu metro stansiyasının qarşısındamn keçməli olmusunuzsa demək ki, vəziyyətdən siz də xəbərdarsız. Sıxlıq və xaos...  Problemi Baku.tv araşdırıb. Uzun müddətdir ki, Bakıda “Koroğlu” deyilən kabus hökm sürür. Söhbət metronun “Koroğlu” stansiyasının ətrafında yaşanan bərbad vəziyyətdən gedir. Hər gün işə “Koroğlu” metro stansiyasının önündən gedib gələn insanların bir ümumi arzusu var. Nə vaxtsa,...
İdman
Qvineya millisində də oynayıb "Neftçi” PFK baxışa yeni futbolçu dəvət edib. BakuCity.az paytaxt klubunun saytına istinadən məlumat verir ki, bu, qvineyalı Yamussa Kamaradır. 19 yaşlı Y.Kamara hücumameylli yarımmüdafiəçidir. Vətənində "Seynt Marie” akademiyasında (2012-2016), eləcə də "Elefant de Kolea” (2016-2017), "Satellit” (2017-2018) və "Kalum Star” (2018-2019) klublarında çıxış etmiş futbolçu bu ölkənin U-16, U-20 və U-23 milli komandasının formasını...
Cəmiyyət
Qız uşağı dünyaya gətirib Bakı şəhəri, Xəzər rayonunda 14 yaşlı qız doğuş edib. BakuCity.az “Report”a istinadən xəbər verir ki, doğuş iyul ayında olsa da, bu barədə fakt hüquq-mühafizə orqanlarına noyabrda məlum olub. Məlumata görə, Mərdəkan qəsəbəsində yerləşən 26 saylı Birləşmiş Şəhər xəstəxanasında 2005-ci il təvəllüdlü T.T. doğuş edib. O, qız uşağı dünyaya gətirib. Faktla bağlı araşdırmalara başlanılıb. Qeyd edək ki, Azərbaycanda nikah yaşı 18 yaş müəy...
Hadisələr
Başı telefona qarışıb Bakıda baş vermiş dəhşətli qəza anı kameraya düşüb. BakuCity.az Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə aeroport şosesində qeydə alınıb. Yüksək sürətlə hərəkətdə olan taksi sürücüsü qəfil qarşıda gedən avtobusa arxadan çırpılır. Ardınca idarəetməni itirərək sağ tərəfdəki dəmir arakəsmələrə dəyir. Avtomobil bütün yol boyu sürüşərək digər istiqamətdəki dəmir arakəsməyə dəydikdən sonra dayanır. Hadisə nəticəsində taksi sürücüsü xə...
Siyasət
Azərbaycan jurnalistləri də Ermənistana gedəcək Noyabrın 17-də Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycana 5-6 nəfər erməni jurnalist gələcək. Bu barədə BakuCity.az Haqqin.az saytına istinadən məlumat verir. Xarici İşlər Nazirliyindən məlumatı nə təsdiq, nə də təkzib ediblər. Lakin “Yeni nəsil” jurnalistlər birliyinin sədri Arif Əliyev xəbəri təsdiq edib. Digər məlumata əsasən, 18-19 noyabrda bir qrup Azərbaycan jurnalisti də Ermənistana səfər edəcək. BakuC...
Cəmiyyət
Bəzi binalarda istilik mənbələri sıradan çıxıb Noyabrın 15-dən Bakıda yaşayış binalarına istilik sisteminin verilməsi məqsədilə qazanxanaların vaxtından əvvəl işə salınması barədə məlumat verilib. Paytaxtın bəzi rayonlarında yerləşən binaların girişinə isə bildiriş vurularaq istilik sisteminin noyabrın 1-dən veriləcəyi bildirilib. BakuCity.az saytı məsələ ilə bağlı “Azəristiliktəchizat” ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyevlə əlaqə sa...
Cəmiyyət
Ölkəyə qanunsuz gətirilib Gömrükçülər xeyli miqdarda aksiz markasız müxtəlif növ alkoqollu içkilərin realizə edilməsinin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən BakuCity.az-a verilən məlumata görə, Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə Gürcüstandan ölkəmizə qanunsuz yollarla gətirilən alkoqollu içkilərin Bakı şəhəri ərazisində bir qrup şəxs tərəfindən realizə edilməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin məlumat əsasında B...
Cəmiyyət
Valideynləri sağlam insanlardır Bakıda dünyaya gələn qəribə görkəmli körpə ölüb. BakuCity.az xəbər verir ki, bu barədə Unikal.org-a açıqlamasında M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Doğum şöbəsinin baş həkimi Zəhra Abbasova deyib. O qeydə edib ki, körpə keçən həftə dünyaya gəlmişdi: Həmçinin oxu: Bakıda doğulan qorxunc körpə ilə bağlı baş ginekoloqdan açıqlama: "Həkim cinayət edib" - VİDEO “Nə üçün bu görünüşdə olduğunu biz də bilmədik. U...
Cəmiyyət
"Buradakı internetə baxdıqda Almaniya üçün ağlamağım gəlir" Tezliklə Azərbaycanın mobil rabitə operatoru "Bakcell" 099 operator kodunu istifadəyə verəcək.  BakuCity.az "Report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə "Bakcell"in baş icraçı direktoru Rayner Ratgeber deyib. Bununla belə, R.Ratgeber konkret vaxt deyə bilməyəcəyini söyləyib. O, Azərbaycanda göstərilən internet xidmətinin keyfiyyətinə də toxunub: "Mən almanam. Buradakı internetin keyfiyyə...