Noyabrın 29-da festival da keçiriləcək
Bu gün “İçərişəhər” metro stansiyasında tanqo şousu keçirilib.
BakuCity.az xəbər verir ki, "IN Tango Baku", "Tango On", "El Club de Tango", Badi Kuba, "R&N-project Dance School" və "Tango Dj Al Fredo" məktəbləri metro sərnişinlərini Argentinanın tanqo atmosferini və zərifliyini hiss etməyə dəvət ediblər.
Tədbirdə çıxış edən Argentinanın Azərbaycandakı səfiri Serxio Osvaldo Peres Qunella 29 noyabr - 1 dekabr tarixlərində keçiriləcək Beynəlxalq Bakı Tanqo Festivalı haqqında məlumat verib.
O, festival çərçivəsində argentinalı rəqqas və artistlərin iştirakı ilə qala konserin keçiriləcəyi də bildirb.
Üçüncü dəfə keçirilən festivalda xüsusi qonaq qismində Argentinanın 2019-cu il dünya və Avropa çempionları Aqustina Piyacco və Maksim Gerasimo (Argentina/Rusiya), Akosta və Levan Qomelauri (Gürcüstan) iştirak edəcəklər.
Festivalda dövrün ən yaxşı bandoneonistlərindən biri hesab olunan, Argentinada təhsil almış bandoneon ifaçısı Viktor Hüqo Vilena və müasir tanqo və Argentina musiqisində ən görkəmli gitara ifaçılarından biri olan Lautaro Tisseranı da görmək olacaq.
Festivalın informasiya tərəfdaşı BakuCity.az saytıdır.