Bakıya yol göstərən mayak - FOTO

Müharibədən əvvəl mayak partladılıb

1885-ci ilin yanvarında “Pilot qeydləri” adlı rus dərgisində yazılır:

“Hidrologiya departamentinin dənizçilərə nəzarət şöbəsindən verilən məlumatda bildirilir ki, Xəzər dənizində - Nargin adasının (indiki Böyük Zirə - red.) qərb qurtaracağında, Bakı buxtasının girişində yeni mayak işıqlandırma üçün açıqdır.

Mayakın işığı 15 saniyədən bir yanan daimi, ağ işıqdır. O, dəniz səviyyəsindən dörd fut yüksəklikdə yerləşir və üfüq qövsünü 325° işıqlandırır, dördüncü kateqoriyanı əks etdirən işıqlandırma cihazına malikdir”.

BakuCity.az Oxu.az-a istinadən məlumat verir ki, Nargin mayakının Bakı ilə ayrılmaz bağlılığının tarixi bu qeyddən sonra başlayır.

Buna qədər Bakı mayakı rolunu Qız qalasının yuxarı meydanında quraşdırılmış qurğu icra edirdi. Ancaq Nargin mayakı istifadəyə verildikdən sonra Qız qalasındakı işığa ehtiyac qalmadı və o söndürüldü.

Həmçinin oxu: Bakının “Ölü gəmilər” adası: "dəniz canavarları"nın aqibəti - FOTO

Daim təkmilləşdirilən Nargin mayakında 1912-ci ildə qüllə inşa edildi və ora dünyada ilk olan asetilen işıqlandırma cihazı ilə işıqlandırılan yeni bir fənər qoyuldu. Bu aparatın istehsalına görə istedadlı isveçli mühəndis Nils Gustav Dalen fizika üzrə Nobel mükafatına layiq görülüb.

II Dünya Müharibəsinin əvvəlində alman aviasiyasının diqqətini cəlb etməməsi üçün Nargindəki mayak partladılıb və adada zenit silahlar yerləşdirilib.

Mayak yalnız 1958-ci ildə bərpa edilib: adanın ortasındakı bir təpədə 18 metr hündürlüyündə daşdan ibarət olan, fənər quraşdırılan qüllə inşa edilib və o, mürəkkəb optik naviqasiya sistemi ilə təchiz olunub. 61 ildir ki, bu bina Bakı üçün əsas bələdçidir.

Avadanlıq Günəş panelləri ilə təchiz edilib və elektrik çatışmazlığı zamanı dizel generatoru işə düşür.

Mayakın yuxarı hissəsindən Azərbaycan paytaxtına heyrətamiz mənzərə açılır.

BakuCity.az

Bakı Narhin mayak
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Kriminal
Sumqayıt şəhərində gənclər arasında düşən mübahisə bıçaqlanma ilə yekunlaşıb. BakuCity.az xəbər verir ki, hadisə dünən, şəhərin 10-cu mikrorayon ərazisində qeydə alınıb. Hadisə nəticəsində 1988-ci il təvəllüdlü Qasımov Zöhrab Vəli oğlu və 1989-cu il təvəllüdlü Rəhimov Namiq Tahir oğlu ölüb. N.Rəhimov ürəyindən bıçaqlanaraq öldürülüb. Z.Qasımovun qardaşı 31 yaşlı Tofiq Qasımov isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. (report) BakuCity...
Cəmiyyət
Bakıda evdən çıxmaq qadağasını kütləvi şəkildə pozan sakinlər polis tərəfindən evə qaytarılıb. Xəbər verdiyimiz kimi Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək sərt karantin rejiminə başlanılıb. Bəzi paytaxt sakinləri isə bu qadağa ilə barışmaq istəmirlər. BakuCity.az xəbər verir ki, bu qadağanı pozan və polisi görəndə qaçan şəxslərlə bağlı xəbərlər yayılsa da, budəfəki hadisə bi...
Cəmiyyət
Şənbə və bazar günləri icazəsi olanlar işə velosipedlə gedə bilərlər. “Fəaliyyətinə icazə verilmiş qurumda, təşkilatda xidmət edən və onun işə gedib-gəlməsi üçün icazə portalına məlumatı yerləşdirilmiş şəxslərin özləri də fərdi nəqliyyat vasitələrindən istifadə edə bilməzlər”. BakuCity.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev “Xəzər aktual”da danışıb. K.Əliyev, bu qərarın səb...
Hadisələr
Bakıda küçəyə çıxmaq qadağasının ilk günündə polis qadının həyatını xilas edib. Səhər saatlarında Binəqədi rayonunda xroniki xəstəliyi olan şəxs polisin köməyi ilə xəstəxanaya çatdırılaraq, həyatı xilas edilib.  BakuCity.az xəbər verir ki, bu gün səhər saatlarında Binəqədi rayonu, Biləcəri qəsəbəsində həyat yoldaşının vəziyyətinin qəfil pisləşdiyini görən kişi ərazidə xidmət aparan Binəqədi polisinə müraciət edərək, kömək istəyib.  Çağırışa dərh...
Ekologiya
7 iyunda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 18-21, gündüz  25-29, Bakıda  gecə 19-21, gündüz  27-29 dərəcə isti olacaq.  Atmosfer  təzyiqi 764 mm c...
Ekologiya
Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq. Bakının mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarında xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq. Bu barədə BakuCity.az-a paytaxtın kommunal strukturlarından məlumat verilib.  Dezinfeksiya işləri səhər saatlarından başlayacaq.  BakuCity.az
Kriminal
Bakıda bıçaqlanma hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə Suraxanı rayonunun Hövsan qəsəbəsində qeydə alınıb. Naməlum şəxs 1983-cü il təvəllüdlü Mustafayev Fərid Fərhad oğlunu bıçaqlayıb. Yaralı təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb.  Ona döş qəfəsinin və boynun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır. (report) BakuCity.az
İdman
"Həftəsonu qadağaların olması çempionata təsir edəcək" "Məşqlərin bərpa olunması bizi sevindirir. Hamı ilk futbola başladığı gün kimi sevinclə çalışır. Komanda üzvləri çox həvəslidir".  BakuCity.az xəbər verir ki, bunları "Report"a açıqlamasında "Zirə"nin futbolçusu Ağabala Ramazanov deyib.  27 yaşlı hücumçu məşqlərdə tələb olunan bütün qaydalara əməl ediklərini bildirib. A.Ramazanov Bakıda həftəsonu tətbiq olunan qadağaya da münasibət bildirib: "Bu, bizim...
Cəmiyyət
Şənbə və bazar günləri evdən çıxmaq istəyənlər 102 xidmətinə zəng edə bilərlər.  Nazirlər Kabineti yanında Operativ Qərargah 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsini qadağan edib. BakuCity.az xəbər verir ki, bu tarixlərdə sakinlər yaşayış yerlərini və ya olduğu yerləri həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyə...