"İçərişəhər"də Yeni il tədbiri keçirmək istəyənlərin nəzərinə

"İçərişəhər"də Yeni il tədbiri keçirmək istəyənlərin nəzərinə

Sənədlər dekabrın 2-dək təqdim olunmalıdır

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 2020-ci ildə Yeni il bayramı ilə əlaqədar tədbirin keçirilməsinin satın alınması məqsədilə açıq tender elan edib.

BakuCity.az Trend-ə istinadən məlumat verir ki, tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini https://www.etender.gov.az portalı vasitəsilə təqdim edə bilərlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri dekabrın 2-dək təqdim etməlidirlər. İddiaçıların təklifləri dekabrın 11-də açılacaq.

Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılacaq.

BakuCity.az

Bakı İçərişəhər Yeni il
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər