Bakıda avtomobil 17 yaşlı tələbəni vurdu

Bakıda avtomobil 17 yaşlı tələbəni vurdu

Yaralı xəstəxanaya aparılıb

Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı yeniyetmə xəsarət alıb.

BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, minik avtomobili Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında yolu keçmək istəyən 17 yaşlı Rəsulov İbrahim Anar oğlunu vurub.

Yaralı xəstəxanaya çatdırılıb. Ona sağ budun və belin əzilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

BakuCity.az

Bakı piyada yol qəzası
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər