Xalça Muzeyi Bakıda gözdən əlillər üçün yeni imkanlar yaradıb

“Sərhədsiz muzey” kor insanların görə biləcəyi misilsiz ekspanatları sərgiləyir

8 noyavrda Azərbaycan Milli Xalça Muzeyinin fiziki imkanları məhdud şəxslərə uyğunlaşdırılmış ikinci mərtəbəsinin açılış mərasimi keçirilib.

Bakucity.az xəbər verir ki, 13 noyabr - Beynəlxalq Gözdən Əlillər Günü ilə əlaqədar təşkil olunan tədbiri giriş nitqi ilə muzeyin direktoru Şirin Məlikova açıb.

O, ölkənin ilk inklüziv muzeyi olan Azərbaycan Milli Xalça Muzeyində artıq görmə qabiliyyəti məhdud insanlar üçün eksponatlar barədə mətnlərin ikinci mərtəbədə də Brayl əlifbası ilə təqdim olunduğunu diqqətə çatdırıb. Həmçinin burada xovlu və xovsuz texnologiyanın birlikdə tətbiqi ilə üzərində həndəsi və nəbati elementlər, zoomorf və antropomorf təsvirlər olan kiçik ölçülü xalça nümunələrinin nümayiş etdirildiyini bildirib. Şirin xanım bu nümunələrin muzeyin Ənənəvi texnologiya şöbəsinin toxucuları tərəfindən 9 ay müddətində hazırlandığını deyib. Görmə qabiliyyəti məhdud insanların həmin xalça növlərinin toxunuş müxtəlifliyini taktil (toxunma) üsulla duya bildiklərini vurğulayıb.

Direktor onu da qeyd edib ki, muzeyin birinci mərtəbəsində təqdim edilən eksponatlarla 2019-cu ilin əvvəlindən taktil üsulla, həmçinin Azərbaycan və ingilis dillərində xüsusi audioyazı və Brayl şrifti ilə hazırlanan yazılı materiallar vasitəsilə tanış olmaq mümkündür:

“Eyni zamanda, həmin dövrdən etibarən muzeyin Ənənəvi texnologiya və Uşaq şöbələrinin əməkdaşları xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün ustad dərsləri keçirlər. Muzeyimizdə əlil arabalarının ekspozisiyada maneəsiz hərəkəti üçün də lazımi şərait var”. 

Açılışda Mədəniyyət Nazirliyi Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin Muzeylərlə iş sektorunun müdiri Nərgiz Abdullayeva, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədr müavini Reyhan Cəfərova, Dövlət Ermitaj Muzeyinin Qiymətli metalların bərpası laboratoriyasının rəhbəri Malkiel İqor Karloviç də çıxış edərək tədbirin əhəmiyyətindən söz açıblar.

Sektor müdiri Nərgiz Abdullayeva Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə keçirilən tədbirin fiziki məhdudiyyətli insanların ictimai-mədəni mühitdə bərabərliyinin təmin olunması, onlara psixoloji və mənəvi dəstək məqsədi daşıdığını bildirib.

Nərgiz Abdullayeva xüsusi qayğıya ehtiyacı olan insanların daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunduğunu, onların mütəmadi şəkildə sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində məqsədyönlü, sistemli, kifayət qədər geniş, əhatəli layihə və proqramlar həyata keçirildiyini vurğulayıb. O, cəmiyyətin ən həssas təbəqəsini nəzərə alaraq, həyata keçirilən bu layihəni isə Azərbaycan Milli Xalça Muzeyinin növbəti uğuru kimi dəyərləndirib. Gələcəkdə ölkədə fəaliyyət göstərən digər muzeylərin də bu təcrübədən yararlanmasının önəmini diqqətə çatdırıb.

Sonra qonaqlar Azərbaycan Milli Xalça Muzeyinin fiziki imkanları məhdud şəxslərə uyğunlaşdırılmış ikinci mərtəbəsi ilə tanış olublar.

Qeyd edək ki, tədbir çərçivəsində Azərbaycan Milli Xalça Muzeyi və “Gülsam” Əlillərin Reabilitasiya İctimai Birliyi birgə xeyriyyə məqsədli sərgi-satış yarmarkası keçirib. Yarmarkada birliyin üzvü olan fiziki məhdudiyyətli insanların əl işləri təqdim olunub.

Bakucity.az

Bakı muzey əlil
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kəs qiymətləndirməyib
13 baxış dekabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Biznes
Yaşayış bloku da olacaq Bakıda Həştərxan İş Mərkəzi açılacaq. BakuCity.az xəbər verir ki, bunu Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin deyib. Onun sözlərinə görə, açılışın gələn il may-iyun aylarında baş tutacağı gözlənilir. 7 mərtəbəli binada sahibkarların ofisləri, hətta yaşayış bloku yerləşəcək. Layihənin əsas vəzifəsi – tərəflərin işgüzar fəallığına təkan vermək və beynəlxalq biznesə yeni səviyyəyə çıxmaq imkanı yaratmaqdır. ВakuCity.az
Ekologiya
Cənub küləyi əsəcək Bakıda istirahət günlərinə olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinən BakuCity.az-a verilən məlumatına görə, paytaxtda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 5-7, gündüz 10-13 dərəcə isti olacaq. ВakuCity.az
Cəmiyyət
5 gündür xəbər-ətər yoxdur Bakıda 17 yaşlı oğlan itkin düşüb. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb.  Lökbatan qəsəbə sakini Nəcəfov Orxan Elnur oğlu dekabrın 8-i gecə saat 2-3 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb.   Onun əlamətləri: boyu 179 sm, dolu bədənli, gözləri qəhvəyi rəngdit. Evdən çıxarkən əynində boz palto, qara cins şalvar, qara ayaqqabı olub. Qeyd edək ki, O.Nəcəfov evdən çıxarkən h...
Cəmiyyət
Yollarda su qurumur Sulutəpə sakinləri yolsuzluqdan əziyyət çəkir. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, qış aylarında Ruslan Allahverdiyev küçəsinin yollarındakı gölməçələrdə su qurumur. Qəsəbə sakinləri bildirir ki, uşaqlar qışda məktəbə getməkdə çətinlik çəkir. Hətta güclü yağış yağdığı zaman bəzi evlərdən çölə çıxmaq mümkün olmur: “Yaxın vaxtlarda 158 nömrəli avtobusun yolunu düzəltsələr də, qəsəbədaxili yollar çox bərbad vəziyyətdədir”. Probl...
Cəmiyyət
Hələ bir neçə ay da gözləməlidirlər Səbail rayonu Aydın Məmmədov küçəsində yerləşən məcburi köçkünlərin yerləşdiyi yaşayış məskənində vəziyyət acınacaqlıdır. BakuCity.az Baku TV-yə istinadən xəbər verir ki, 22 məcburi köçkün ailəsi 26 ildir 6 mərtəbəli binanın birinci mərtəbəsi və zirzəmisində əziyyətlə yaşayırlar. Mövcud vəziyyətlə bağlı sakinlərin Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə etdikləri müraciətə baxmayaraq dəyişən heç nə ol...
Cəmiyyət
Dövlət 3 və daha az ulduzlu hotellərin inşasında maraqlıdır Bu yaxınlarda həm Bakıda, həm regionlarda yeni hotellərin açılışı gözlənilir. BakuCity.az-ın məlumatına görə, bunu "Report"a açıqlamasında Dövlət Turizm Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Kənan Quluzadə deyib. "Biznes nümayəndələri ilə aparılan danışıqlar onu göstərir ki, ölkədə yeni hotellərin tikintisinə maraq var. Azərbaycana səfər edən turistlər Bakı və Abşeron yarımadası ilə yanaşı, ölkə...
Hadisələr
Son 10 gündə ayaqları tutulub Bu gün Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat vermişdik. BakuCity.az Publika.az-a istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən mənzildə meyiti aşkarlanan 1940-cı il təvəllüdlü Atakişiyev Qorxmaz Ələkbər oğlu məşhur Azərbaycan filmi olan “Uşaqlığın son gecəsi” filmində Zaur rolunun ifaçısı olub. Ömrünün s...
Hadisələr
3 avtomobilə ziyan dəyib Bakıda ağacın aşması nəticəsində lüks avtomobillərə ziyan dəyib. BakuCity.az-ın Metbuat.az-a istinadən verdiyi məlumata görə, hadisə Zahid Xəlilov küçəsi ilə Əbdürrəhim bəy Haqverdiyev küçəsinin kəsişməsində baş verib. İri ağacın aşması ilə yaxınlıqdakı işıq dirəyi də avtomobillərin üzərinə düşüb. Nəticədə “Mercedes Gle”, “Toyota Camry” və “Mercedes ML” markalı avtomobillərə ziyan dəyib. Həmçinin oxu: Ramanada hektarlarla meşə zola...
Cəmiyyət
Hər zövqə görə balıq yeməkləri Bakıda, xüsusilə, soyuq mövsümdə balıq yeməklərini bəyənməyən az adam tapılar. Paytaxtda yalnız balıq yeməkləri təqdim edən bir neçə restoran var. Həm də elə məkanlar var ki, orada standart menyudan əlavə, müxtəlif növ balıqlardan hazırlanan yeməkləri də seçmək olar.  BakuCity.az nərə balığı, qızılbalıq, kütüm, alabalıq, ağbalıq, karp, kefal və digər balıqların dadına baxa biləcəyiniz restoranların kiçik siyahısını hazırlayıb...