Bakıda yataqxanada uçqun olub - FOTO

Bakıda yataqxanada uçqun olub - FOTO

Bina qəzalı vəziyyətdə olub

Bakının Nərimanov rayonunda binada uçqun olub.

BakuCity.az Unikal.org-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Nazim Hacıyev, 6 ünvanında qeydə alınıb. Belə ki, 4 mərtəbəli binanın 3 və 4-cü mərtəbələri uçulub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və polis cəlb olunub.

Qeyd edək ki, sözügedən bina yataqxanadır və bir hissəsində məcburi köçkünlər, digər hissəsində isə yerli sakinlər məskunlaşıb. Binanın qəzalı vəziyyətdə olduğu bildirilir.

Hadisənin səbəbləri araşdırılır.

Bakıda yataqxanada uçqun olub - FOTO, fotoşəkil-1 Bakıda yataqxanada uçqun olub - FOTO, fotoşəkil-2 Bakıda yataqxanada uçqun olub - FOTO, fotoşəkil-3 Bakıda yataqxanada uçqun olub - FOTO, fotoşəkil-4

BakuCity.az

Bakı yataqxana uçqun
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər