Argentina rəsmi Bakıdan Xamneyinin müşavirinin həbs edilməsini istədi

Argentina rəsmi Bakıdan Xamneyinin müşavirinin həbs edilməsini istədi

Əli Əkbər Vilayətinin Bakıda Dünya dini liderlərinin sammitində iştirakı gözlənilir

Argentina 1994-cü ildə Buenos-Ayresdə yəhudi mərkəzi AMIA-nın partladılması ilə əlaqədar İranın yüksək vəzifəli rəsmisinin Azərbaycanda həbs edilməsi üçün rəsmi Bakıya sorğu göndərib.

Bu barədə BakuCity.az xarici mətbuata istinadən xəbər verir.

Söhbət İranın Ali Lideri Əli Xamneyinin xüsusi müşaviri Əli Əkbər Vilayətidən gedir. O, 14-15 noyabr tarixlərində Bakıda keçiriləcək Dünya dini liderlərinin II sammitində iştirakı gözlənilir.

Argentinalıların fikrincə, həmin vaxt İranın xarici işlər naziri olmuş Ə.Ə.Vilayətinin bombardmanın təşkilində birbaşa əli var.

Argentinanın xarici işlər naziri Azərbaycanın Buenos-Ayresdəki səfirini nazirliyə çağıraraq Argentina hökumətinin Ə.Ə.Vilayətinin Bakıda olmasından narahatlığını bildirib. O, Azərbaycandan iranlı rəsminin saxlanılması və təhvil verilməsində əməkdaşlıq etməyi xahiş edib.

BakuCity.az

Bakı Argentina Əli Əkbər Vilayəti
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər