Bakıda bu ünvanda yaşayan ailələr köçürülə bilər

Bakıda bu ünvanda yaşayan ailələr köçürülə bilər

Qısa vaxtda ailələrin köçürülməsinə başlanacaq

Bakının Nərimanov rayonu, Nazim Hacıyev, 6 ünvanındakı yataqxanada baş vermiş uçqun zamanı vətəndaşa ziyan dəyməyib.

BakuCity.az xəbər verir ki, bu barədə Nərimanov Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri İlkin Əsədov Trend-ə deyib.

Onun sözlərinə görə, hadisə yataqxananın 4-cü mərtəbəsinin dam örtüyünün bir hissəsində baş verib:

"Çökən hissə Cəbrayıl rayonundan olan məcburi köçkün İbayev Həbib Məhəmmədəli oğlunun yaşadığı 47 saylı otağın sahəsinə aiddir. Otağın 16 kvadratmetrlik tavanı çöküb. Hadisə nəticəsində xoşbəxtlikdən xəsarət alan olmayıb. Hadisə yerinə Rayon İcra Hakimiyyətinin, polis idarəsinin rəhbərliyi və Fövqəladə Hallar Nazirliyinin ərazi üzrə əməkdaşları gəlib".

Həmçinin oxu: Bakıda yataqxanada uçqun olub - FOTO

İ.Əsədov bildirib ki, yataqxanada Cəbrayıl, Zəngilan və Laçın rayonlarından olan məcburi köçkünlər məskunlaşıb:

"Bina Fövqəladə Hallar Nazirliyinin qəzalı binalar siyahısındadır. Binanın qəzalı olması barədə müvafiq akt tərtib olunaraq aidiyyəti qurumlara təqdim edilib. Artıq ailə həmin yataqxanadan köçürülüb, binanın cari təmiri ilə bağlı hazırlıq işləri görülür. Qısa vaxtda bina təmir ediləcək və ya binada məskunlaşan ailələrin köçürülməsinə başlanacaq".

Qurum rəsmisi bildirib ki, binanın çökən hissəsi vətəndaşın yaşayış hissəsinə daxil deyil:

"Həmin hissə vətəndaşın istifadəsində olan yardımçı hissədir".

BakuCity.az

Bakı bina ailələr köçürülmə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər