Bakıda metro stansiyalarının adları dəyişdiriləcək

Adqoyma bir qədər pərakəndə olub

"Bakı Metropoliteni" QSC "Ulduz" və "Xalqlar Dostluğu" stansiyalarının adlarını dəyişmək istəyir. 

BakuCity.az xəbər verir ki, bu barədə qurumun baş mühəndisi Əlixan Osmanov "Report"a deyib. 

"Ulduz" stansiyasının "Böyükşor" adlandırılmasını istəyirik. Adı SSRİ dövrünü xatırladan "Xalqlar dostluğu" stansiyası üçün isə bir neçə ad təklif etmişik. Həmin stansiyanın yaxınlığından görkəmli şəxsiyyətlərin adlarına olan bir neçə küçə və prospekt keçir. Bunlardan biri Günəşli qəsəbəsinə doğru gedir (red. Babək prospekti), digəri isə Laçın Univermağının yanından keçir (red. Bəhruz Nuriyev küçəsi). Çaşqınlıq yaratmamaq üçün hələlik onların adlarını səsləndirmək istəmirəm, amma artıq Nazirlər Kabineti yanında Adqoyma Komissiyasına müraciət etmişik", - o deyib. 

Bundan başqa, metropoliten rəsmisinin sözlərinə görə, təmsil etdiyi qurum "Bənövşəyi xətt"də olacaq bütün stansiyaların adları ilə bağlı təkliflərini də Adqoyma Komissiyasına təqdim edib:

"Həmin adları qəbul edib-etməmək komissiyanın səlahiyyətindədir. Adətən Adqoyma Komissiyası stansiyalara adları onların yerləşdiyi əraziyə uyğun verir. İndiyə qədər bizdə adqoyma bir qədər pərakəndə olub. Məsələn, "Nizami" və "Memar Əcəmi" stansiyalarının yaxınlığında həmin şəxslərlə bağlı küçə, prospekti yaxud onları xatırladan nə isə yoxdur. Amma bu gün Adqoyma Komissiyası bu işlə ciddi məşğul olur".

BakuCity.az

Bakı metro stansiya
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kəs qiymətləndirməyib
330 baxış dekabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Biznes
Yaşayış bloku da olacaq Bakıda Həştərxan İş Mərkəzi açılacaq. BakuCity.az xəbər verir ki, bunu Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin deyib. Onun sözlərinə görə, açılışın gələn il may-iyun aylarında baş tutacağı gözlənilir. 7 mərtəbəli binada sahibkarların ofisləri, hətta yaşayış bloku yerləşəcək. Layihənin əsas vəzifəsi – tərəflərin işgüzar fəallığına təkan vermək və beynəlxalq biznesə yeni səviyyəyə çıxmaq imkanı yaratmaqdır. ВakuCity.az
Ekologiya
Cənub küləyi əsəcək Bakıda istirahət günlərinə olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinən BakuCity.az-a verilən məlumatına görə, paytaxtda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 5-7, gündüz 10-13 dərəcə isti olacaq. ВakuCity.az
Cəmiyyət
5 gündür xəbər-ətər yoxdur Bakıda 17 yaşlı oğlan itkin düşüb. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb.  Lökbatan qəsəbə sakini Nəcəfov Orxan Elnur oğlu dekabrın 8-i gecə saat 2-3 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb.   Onun əlamətləri: boyu 179 sm, dolu bədənli, gözləri qəhvəyi rəngdit. Evdən çıxarkən əynində boz palto, qara cins şalvar, qara ayaqqabı olub. Qeyd edək ki, O.Nəcəfov evdən çıxarkən h...
Cəmiyyət
Yollarda su qurumur Sulutəpə sakinləri yolsuzluqdan əziyyət çəkir. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, qış aylarında Ruslan Allahverdiyev küçəsinin yollarındakı gölməçələrdə su qurumur. Qəsəbə sakinləri bildirir ki, uşaqlar qışda məktəbə getməkdə çətinlik çəkir. Hətta güclü yağış yağdığı zaman bəzi evlərdən çölə çıxmaq mümkün olmur: “Yaxın vaxtlarda 158 nömrəli avtobusun yolunu düzəltsələr də, qəsəbədaxili yollar çox bərbad vəziyyətdədir”. Probl...
Cəmiyyət
Hələ bir neçə ay da gözləməlidirlər Səbail rayonu Aydın Məmmədov küçəsində yerləşən məcburi köçkünlərin yerləşdiyi yaşayış məskənində vəziyyət acınacaqlıdır. BakuCity.az Baku TV-yə istinadən xəbər verir ki, 22 məcburi köçkün ailəsi 26 ildir 6 mərtəbəli binanın birinci mərtəbəsi və zirzəmisində əziyyətlə yaşayırlar. Mövcud vəziyyətlə bağlı sakinlərin Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə etdikləri müraciətə baxmayaraq dəyişən heç nə ol...
Cəmiyyət
Dövlət 3 və daha az ulduzlu hotellərin inşasında maraqlıdır Bu yaxınlarda həm Bakıda, həm regionlarda yeni hotellərin açılışı gözlənilir. BakuCity.az-ın məlumatına görə, bunu "Report"a açıqlamasında Dövlət Turizm Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Kənan Quluzadə deyib. "Biznes nümayəndələri ilə aparılan danışıqlar onu göstərir ki, ölkədə yeni hotellərin tikintisinə maraq var. Azərbaycana səfər edən turistlər Bakı və Abşeron yarımadası ilə yanaşı, ölkə...
Hadisələr
Son 10 gündə ayaqları tutulub Bu gün Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat vermişdik. BakuCity.az Publika.az-a istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən mənzildə meyiti aşkarlanan 1940-cı il təvəllüdlü Atakişiyev Qorxmaz Ələkbər oğlu məşhur Azərbaycan filmi olan “Uşaqlığın son gecəsi” filmində Zaur rolunun ifaçısı olub. Ömrünün s...
Hadisələr
3 avtomobilə ziyan dəyib Bakıda ağacın aşması nəticəsində lüks avtomobillərə ziyan dəyib. BakuCity.az-ın Metbuat.az-a istinadən verdiyi məlumata görə, hadisə Zahid Xəlilov küçəsi ilə Əbdürrəhim bəy Haqverdiyev küçəsinin kəsişməsində baş verib. İri ağacın aşması ilə yaxınlıqdakı işıq dirəyi də avtomobillərin üzərinə düşüb. Nəticədə “Mercedes Gle”, “Toyota Camry” və “Mercedes ML” markalı avtomobillərə ziyan dəyib. Həmçinin oxu: Ramanada hektarlarla meşə zola...
Cəmiyyət
Hər zövqə görə balıq yeməkləri Bakıda, xüsusilə, soyuq mövsümdə balıq yeməklərini bəyənməyən az adam tapılar. Paytaxtda yalnız balıq yeməkləri təqdim edən bir neçə restoran var. Həm də elə məkanlar var ki, orada standart menyudan əlavə, müxtəlif növ balıqlardan hazırlanan yeməkləri də seçmək olar.  BakuCity.az nərə balığı, qızılbalıq, kütüm, alabalıq, ağbalıq, karp, kefal və digər balıqların dadına baxa biləcəyiniz restoranların kiçik siyahısını hazırlayıb...