İlqar Abbasov işdən azad edildi
Prezident İlham Əliyev Suraxanı Rayon İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad edib.
BakuCity.az xəbər verir ki, dövlət başçısının imzaladığı müvafiq sərəncama əsasən, İlqar Namaz oğlu Abbasov Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Digər sərəncama əsasən, Əziz İmran oğlu Əzizov Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
BakuCity.az