Daha bir rayona yeni icra başçısı təyin edildi
Prezident İlham Əliyev Xətai rayonuna yeni icra başçısı təyin edib.
BakuCity.az xəbər verir ki, dövlət başçısının sərəncamına əsasən, Rafiq Çəpərxan oğlu Quliyev Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Qeyd edək ki, bundan əvvəl icra başçısının birinci müavini vəzifəsində çalışmış 1992-1993-cü illərdə Milli Orduda xidmət edib. Ağdərə uğrunda gedən döyüşlərdə güllə yarası alıb. Müharibə veteranıdır.
BakuCity.az