Dünya dini liderlərinin II Bakı Sammitinin proqramı açıqlandı

Bakı Bəyannaməsi qəbul ediləcək

Noyabrın 14-15-də müxtəlif dini konfessiya və təriqət liderlərinin, müxtəlif ölkələrin siyasi, ictimai, elm və din xadimlərinin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə Dünya dini liderlərinin II Bakı Sammiti keçiriləcək.

Qafqaz Müsalmanları İdarəsindən BakuCity.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Dünya dini liderlərinin II Bakı Sammiti”nin və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam A.Paşazadənin anadan olmasının 70, Şeyxülislamlıq fəaliyyətinin 40 illik yubiley tədbirlərinin keçirilməsi barədə qərarlarından irəli gələn Sammitdə dünyanın 5 qitəsindən 70-dən artıq dövlətin, 25 ənənəvi din və dini təriqətin lider və təmsilçiləri, həmçinin 10-dək nüfuzlu beynəlxalq təşkilatın 500-ə yaxın yüksək səviyyəli nümayəndəsi, o cümlədən Rusiya Federasiyası subyektlərinin başçıları və dini rəhbərləri iştirak edəcək.

Azərbaycan dövlətinin qlobal müstəvidə dinlərarası dialoqun inkişafına, qarşılıqlı anlaşma və insani həmrəylik kimi bəşəri dəyərlərin təşviqi və təkamülünə öz töhfəsini vermək məramı ilə ev sahibliyi etdiyi Dünya dini liderlərinin sayca ikinci Bakı Sammiti dövlət başçısının təşəbbüsü ilə başlanan və həyata keçirilən “Bakı prosesi”, Multikulturalizm və İslam həmrəyliyi illləri çərçivəsində təşkil olunmuş beynəlxalq tədbirlərin, o cümlədən “Dünya dini liderlərinin I Bakı Sammiti”nin, habelə Bakı Beynəlxalq dinlərarası və sivilizasiyalararası əməkdaşlıq Mərkəzinin müxtəlif mədəniyyətlər və dinlər arasında əlaqələrinin genişlənməsinə, qarşılıqlı etimad mühitinin yaradılması işinə töhfələrinin məntiqi davam və inkişafıdır.

Sammitdə Multikulturalizm, tolerantlıq və dinlərarası həmrəyliyin təşviqində Azərbaycan dövlətinin nümunəvi rolu; Şeyxülislam A.Paşazadənin dini rəhbər və ictimai xadim kimi sivilizasiyalararası və dinlərarası əməkdaşlığın inkişafına töhfəsi; Dini liderlər terrorizm, təcavüzkarlıq, ksenofobiya, islamofobiya, antisemitizm və xristianofibiya əleyhinə; Qadın və uşaq haqlarının qorunması, gənclərin maarifləndirilməsində dini liderlərin, dövlət, elm və ictimai xadimlərin birgə fəaliyyətinin əhəmiyyəti mövzuları ətrafında müzakirələr aparılacaq.

Sammitin yekunlarına dair Bakı Bəyannaməsinin qəbulu nəzərdə tutulur.

BakuCity.az

Bakı dünya liderləri sammit
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kəs qiymətləndirməyib
6 baxış dekabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Ekologiya
Külək də əsəcək Dekabrın 11-də Bakıda gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, paytaxtda buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacağı, yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm c...
Cəmiyyət
Məsciddə icma yaradılacaq Bakıda “Əbu Bəkr” məscidinin yenidən açılması nəzərdə tutulur. BakuCity.az “Report”a istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bunun üçün məsciddə icmanın yaradılması planlaşdırılır: Həmçinin oxu: Bakıda böyük məscid tikilir - FOTO “Məscidin minarəsinin təməlində problem aşkar edilmişdi. Minarənin əyilməsi qəza vəz...
Hadisələr
Soyutma işləri davam etdirilir Bu gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb. Nazirlikdən BakuCity.az-a verilən məlumata görə, yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən 29 ədəd texnika və 150 nəfər canlı qüvvə, Xüsusi Riskli Xilasetmə Xidmətindən 16 ədəd texnika və 200 nə...
Mədəniyyət
Sənətkarlar incəsənəti şəfa mənbəyi seçiblər Dekabrın 9-da Heydər Əliyev Mərkəzində əlilliyi olan və olmayan sənətkarların iştirakı ilə "İncəsənətlə şəfa" rəqs və musiqi qala tədbiri keçirilib. Qala tədbir Heydər Əliyev Fondu, YUNİSEF və İtaliyanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub. Tədbirin məqsədi ictimaiyyətə əlilliyi olan və olmayan şəxslər üçün bərabər imkanların yaradılması və inklüziv cəmiyyətinin qurulmasının əhəmiyyətini çatdırmaqd...
Hadisələr
Aviasiya dəstəsinin "BE-200ÇS" tipli təyyarəsi cəlb olunub Bakıda tikinti bazarında yanğını söndürmək üçün təyyarə göndərilib. Bu barədə BakuCity.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, nazirliyin müvafiq qüvvələri tərəfindən Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş vermiş yanğının söndürülməsi işləri davam etdirilir. Həmçinin oxu: Bakıda tikinti bazarında yanğını...
Cəmiyyət
Sərhəddən sürətli keçid təmin olunacaq Bakı aeroportunda elektron qapılar quraşdırılıb. Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat mərkəzindən BakuCity.az-a verilən məlumata görə, pilot layihə olaraq Heydər Əliyev Beynəlxalq Aeroportunun birinci terminalının gəlmə zalında yeni 2 ədəd elektron qapı (e-gates) quraşdırılıb. Bir sıra inkişaf etmiş ölkələrin dövlət sərhədindən buraxılış məntəqələrində istifadə olunan elektron qapılar sərhəd nəzarətində tətbiq oluna...
Cəmiyyət
Məhdudiyyət nə qədər davam edəcək? Yol polisi “Eurohome” ticarət mərkəzində baş vermiş yanğın səbəbindən Bakı-Sumqayıt yolunda hərəkət tam məhdudlaşdırıldığı üçün sürücülərə alternativ yollardan istifadə etməyi tövsiyə edir. BakuCity.az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov “Qafqazinfo”ya açıqlamasında bildirib: “Vəziyyəti təhlil etdiyimiz zaman məsləhət görərik ki, Bakıdan Su...
Cəmiyyət
Baba cinayətkarın cəzasına çatmasını istəyir Bakıda yaşayan Qulu və Hüseyn adlı qardaşların ata və ögey anaları tərəfindən ağır işgəncələrə məruz qalması ilə bağlı məlumatlar və bu işgəncələri özündə əks etdirən fotolar yayılıb. Körpə ikən doğma anaları vəfat edən azyaşlı qardaşlar sonradan başqa bir qadınla evlənən atasının himayəsində qalıblar. Bundan sonra uşaqlar ögey anaları tərəfindən dəfələrlə döyülüb. Məlumata əsasən, uşaqlar hazırda ana babalarını...
Cəmiyyət
Sərnişinlərdən anlayış göstərmələri xahiş edilir Bakı-Sumqayıt yolunda yerləşən tikinti materialları bazarında baş vermiş yanğın səbəbindən yolda hərəkət tamamilə məhdudlaşıb. Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən məlumata görə, bu səbəbdən ərazidən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların intervalında gecikmələr yaranıb. Həmçinin oxu: Bakıda tikinti bazarında yanğını söndürmək üçün helikopterlər havaya qalxdı: zəhərlənənlər var - VİDE...