Bakı Dövlət Sirki niyə bu gündədir? - VİDEO

Yeni layihə hazırlanır

Bakı Dövlət Sirki bərbad vəziyyətdədir. 

Sirkin mövcud vəziyyəti ilə bağlı fotoları sosial şəbəkədə jurnalist Ülviyyə İsmayılova paylaşıb. 

O bildirib ki, binadakı oturacaqlar istifadəyə yararlı deyil:

“Zalda havalandırma sistemi yoxdur. Buranın təhlükəsizlik sistemi haqqında danışmağa belə dəyməz. Tualet isə daha bərbaddır”.

Bakı Dövlət Sirkinin mətbuat xidmətinin rəhbəri Mahir Hümbətov Oxu.Az-a açıqlamasında bildirib ki, sirkin yenidən təmir edilməsi, müasir tələblərə cavab verən səviyyə gətirilməsi texniki baxımdan həddindən artıq çətindir:

“Bu, nəzərdə tutulandan artıq xərclər tələb edir. Bakı Dövlət Sirki 1967-ci ildən istifadəyə verilmiş binadır. Avadanlıqların çoxunu bərpa etmək mümkün deyil. Bina tamamilə sökülməli və yenisi tikilməlidir. Bu istiqamətdə də dövlət səviyyəsində işlər gedir”.

Onun sözlərinə görə, sirkin binası şəhərin görkəminə, quruluşuna görə öz yerində deyil:

“İctimai nəqliyyatın sıx hərəkət etdiyi yerdən kənardır. Ora tamaşaya gələnlərin gözləməsi üçün yaxınlıqda da elə bir istirahət yeri yoxdur. Müasir görkəmli sirkin tikintisi üçün müəyyən tələblər var.

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə yeni binanın tikintisi üçün bir neçə ölkədən mütəxəssislər dəvət edilib. Layihədə bütün problemlər nəzərə alınacaq”.

Qeyd edək ki, bir müddət əvvəl Mədəniyyət naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında bildirmişdi ki, Bakı Dövlət Sirkinin hazırkı binası kifayət qədər məhdud bir ərazidə yerləşir:

“Azərbaycanda yeni sirk binasının tikintisi ilə bağlı layihələr hazırlayırıq. Ümumilikdə, yeni sirk binası inşa olunacaq. Köhnə sirkin binası isə əyləncə, şou və istirahət mərkəzi kimi fəaliyyət göstərəcək”.

Xatırladaq ki, Bakı Dövlət Sirkinin hazırkı binası 1967-ci ildə istifadəyə verilib. Binanın memarları Ənvər İsmayılov və Faina Leontyeva olub.

BakuCity.az

Bakı sirk təmir
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kəs qiymətləndirməyib
141 baxış dekabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Məhdudiyyət nə qədər davam edəcək? Yol polisi “Eurohome” ticarət mərkəzində baş vermiş yanğın səbəbindən Bakı-Sumqayıt yolunda hərəkət tam məhdudlaşdırıldığı üçün sürücülərə alternativ yollardan istifadə etməyi tövsiyə edir. BakuCity.az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov “Qafqazinfo”ya açıqlamasında bildirib: “Vəziyyəti təhlil etdiyimiz zaman məsləhət görərik ki, Bakıdan Su...
Cəmiyyət
Baba cinayətkarın cəzasına çatmasını istəyir Bakıda yaşayan Qulu və Hüseyn adlı qardaşların ata və ögey anaları tərəfindən ağır işgəncələrə məruz qalması ilə bağlı məlumatlar və bu işgəncələri özündə əks etdirən fotolar yayılıb. Körpə ikən doğma anaları vəfat edən azyaşlı qardaşlar sonradan başqa bir qadınla evlənən atasının himayəsində qalıblar. Bundan sonra uşaqlar ögey anaları tərəfindən dəfələrlə döyülüb. Məlumata əsasən, uşaqlar hazırda ana babalarını...
Cəmiyyət
Sərnişinlərdən anlayış göstərmələri xahiş edilir Bakı-Sumqayıt yolunda yerləşən tikinti materialları bazarında baş vermiş yanğın səbəbindən yolda hərəkət tamamilə məhdudlaşıb. Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən məlumata görə, bu səbəbdən ərazidən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların intervalında gecikmələr yaranıb. Həmçinin oxu: Bakıda tikinti bazarında yanğını söndürmək üçün helikopterlər havaya qalxdı: zəhərlənənlər var - VİDE...
Hadisələr
Yanğınsöndürmə işləri davam edir Bakının Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş verən yanğını söndürmək üçün Fövqəladə Hallar Nazirliyinin 3 helikopteri cəlb olunub. BakuCity.az xəbər verir ki, yanğınla əlaqədar "Çağırış 3" elan olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.  Səhiyyə Nazirliyindən bildirilib ki, hadisə yerinə artıq 5 briqada cəlb olunub. Saat 10:45-ə olan məlumata görə, 6 nəfər...
Hadisələr
"Cip" qırmızı işıqda dayanan VAZ-ı vurdu Bakıda iki maşının toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BakuCity.az "Report"a istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu Babək prospektində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü Babazadə Pərviz icarəyə götürərək idarə etdiyi 90-OX-999 dövlət nömrə nişanlı "Toyota Land Cruiser" markalı avtomobillə sürət həddini aşaraq işıqforun qırmızı işığında dayanan, 1999-cu il təvəllüd...
Cəmiyyət
Hündürlüyü 34 metr olacaq Qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 1 yanvar - Yeni il bayramı ilə əlaqədar Bakıda ən böyük Yeni il yolkasının quraşdırılacağı yer məlum olub. BakuCity.az-ın məlumatına görə, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentindən Trend-ə bildirilib. Məlumata görə, paytaxtın müxtəlif yerlərində yolkalar quraşdırılacaq: "Rayon icra hakimiyyətləri tərəfindən Yeni il yolkaları Ba...
Mədəniyyət
Azərbaycan Milli Xalça Muzeyinin Uşaq şöbəsinin 10 illik yubileyinə həsr olunmuş sevinc, əyləncə, həyəcan dolu ikigünlük “Xalça diyarına səyahət” festivalı dünən başa çatıb. BakuCity.az xəbər verir ki, festivalı muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova açaraq ilk dəfə məhz bu muzeydə Uşaq şöbəsinin yaradıldığını və ötən müddət ərzində tədris sahəsində fəaliyyətini inkişaf etdirdiyini vurğulayıb: “Məqsədimiz uşaqları milli dəyərlərimizlə,...
Kriminal
Pul, qızıl, noutbuk oğurlayıb Bakıda silsilə oğurluqlar edən şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş R.İbrahimovun ətrafında Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis bölməsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki daha 14 evdən pul, qızıl-zinət əşyaları və noutbuk oğurlaması da müəyyən edilib. Faktla bağlı araşdırma aparılır....
Cəmiyyət
Regionda yeganə müəssisə olacaq Bakının Zabrat aeroportu ərazisində vertolyotların əsaslı təmiri və servisi mərkəzinin təməlqoyma mərasimi keçirilib. BakuCity.az-ın məlumatına görə, yeni vertolyotların əsaslı təmiri və servisi mərkəzi Azərbaycan və Rusiya dövlətlərarası hökumət komissiyasının mülki aviasiyanın inkişafı ilə bağlı iqtisadi əməkdaşlıq sahəsində qərarlarına əsasən birgə layihələrin icrası çərçivəsində tikiləcək və regionda bu tipli yeganə müəs...