Bakıda kitab təqdimatı: Nəsiminin 40 qəzəli "YouTube"a yüklənəcək - FOTO

Qəzəllər "YouTube"a yüklənəcək

Bakıda "Kitab Evi" İctimai Birliyinin reallaşdırdığı “İmadəddin Nəsiminin farsca şeirlərinin Azərbaycan dilinə tərcüməsi və nəşri” layihəsi çərçivəsində “İmadəddin Nəsimi – 40 qəzəl” adlı kitabın və qəzəllərin səsləndirildiyi audiodiskin təqdimatı keçirilib. 

BakuCity.az xəbər verir ki, təqdimatda alimlər, şairlər, yazıçılar və media nümayəndələri iştirak ediblər.

Təqdimat şairin Azərbaycan oxucusu üçün yeni olan qəzəllərindən bir neçəsinin səsləndirilməsi ilə açılıb.

Layihənin rəhbəri "Kitab Evi" İctimai Birliyinin sədri, filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzərova bu məsuliyyətli layihənin uğurlu nəticəsinə sevindiyini bildirib və kitab haqqında yığcam məlumat verib. 

A.Nəzərova qeyd edib ki, Nəsimi yaradıcılığının əsas mövzuları insanın, kainatın və Allahın dərkidir. O, sufizm fəlsəfi cərəyanının hürufi qolunu inkişaf etdirməklə insanın dünya və kainatla vəhdətini göstərir, insan ruhunun kamilləşməsinə aparan yolu izah edir. Nəsimi yaradıcılığının ana xətti insanın Allahla eyniləşdirilməsi və ilahiliyi ideyasından keçir. Bu düşüncəsini şair mükəmməl poeziya nümunələrində misilsiz bir ustalıqla açıqlayıb.

Kitabın redaktoru və ön sözün müəllifi tarixçi alim, şair Şahin Fazil tərcümə olunan qəzəlləri yüksək qiymətləndirib, qəzəllərin orijinal mətninin, sətri tərcüməsinin və bədii tərcüməsinin bir yerdə verilməsinin məqsədəuyğun olduğunu bildirib.

Sonra qəzəlləri farscadan tərcümə edən Dalğa Xatınoğlu çıxış edərək Nəsiminin hürufizmi inkişaf etdirməklə insan ruhunun kamilləşməsinə aparan yolu izah etdiyini bildirib.

Digər çıxış edənlər İ.Nəsiminin əxlaqi-didaktiv görüşlərini, dini-fəlsəfi baxışlrını tərənnüm edən qəzəllərindən bəhs ediblər, şairin əsərlərində ana xətt olan insan, kainat və bütövlükdə varlığın Allahla vəhdətdə olması ideyasından danışıblar.

Tədbir iştirakçıları İ.Nəsiminin fars dilindən tərcümə edilmiş qəzəlləri yüksək qiymətləndiriblər. Bu qəzəllərin səsləndiyi diski, qəzəllərin “YouTube”a yüklənməsini şairin yeni əsərlərinin Azərbaycan ictimaiyyətinə çatdırılması üçün mühüm rol oynayacağını vurğulayıblar.

Arzu Murad 

BakuCity.az

Nəsimi kitab təqdimatı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kəs qiymətləndirməyib
43 baxış dekabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Onun həyatını xilas etmək mümkün olmayıb Bakının Nizami rayonunda qətl hadisəsi baş verib. BakuCity.az APA-ya istinadən xəbər verir ki, hadisə metronun "Qara Qarayev" stansiyasının yaxınlığında törədilib. 28 yaşlı Kazımov Ramal Kamal oğlu naməlum şəxs tərəfindən ürək nahiyəsindən 5 bıçaq xəsarəti alıb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Həmçinin oxu: Bakıda gənc özündən 7 yaş böyük sevgilisini küçədə öldürdü - YENİL...
Cəmiyyət
Türkiyə təcrübəsini Azərbaycanla paylaşmağa hazırdır Azərbaycan Türkiyənin İstanbul şəhərindəki nəqliyyat idarəetmə təcrübəsini Bakıda tətbiq etmək istəyir. Bu məqsədlə Bakı Nəqliyyat Agentlyinin rəsmiləri bu meqapolisdəki nəqliyyat idarəetməsi ilə yerində tanış olublar. İstanbul Böyükşəhər Bələdiyyəsinin İdarəetmə Mərkəzində keçirilən görüşdə ictimai nəqliyyatın idarə olunması prosesi haqqında məlumat verilib. Görüş zamanı ictimai nəqliyyatda sərnişinləri...
İdman
Tamaşaçılar da hərəkətləri təkrar edib Bakıda Milli Gimnastika Arenasında Azərbaycan Gimnastika Federasiyasının Birinci estafet yarışları başlayıb. BakuCity.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, estafetdə müxtəlif gimnastika növləri üzrə Azərbaycan milli komandalarının üzvlər və onların valideynləri, ümumilikdə 200 nəfər iştirak edir. Estafetə 9 komanda - “Şahdağ”, “Odlar yurdu”, “Koroğlu”, “Xəzər”, “Gülüstan”, “Qarabağ”, “Qobustan”, “Göygöl” və B...
İdman
Çempionatda 8 komanda iştirak edir Azərbaycanda ilk dəfə amputa klubların çempionatına start verilib.  BakuCity.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, artıq çempionatın ilk matçı da baş tutub.  Abşeron Olimpiya İdman Kompleksinin stadionunda keçirilən qarşılaşmada “Qarabağ”la “Sumqayıt” üz-üzə gəlib. “Gənclik şəhəri”nin təmsilçisi bu matçdan son dəqiqələrdə vurulan 1 qolla qalib gəlib.  Çempionatın növbəti oyunları qarşıdakı günlərdə keçiriləcək. 4 ko...
Cəmiyyət
Qırmızı Qəsəbədəki qəbiristanlıqda torpağa tapşırılacaq Bakıda vəfat edən deputat Yevda Abramov bu gün dəfn olunmayacaq. BakuCity.az-ın məlumatına görə, mərhum deputatın qızı Bəsti Yusifova Report-a bildirib ki, dünyasını dəyişən şəxsin şənbə günü torpağa tapşırılması onların adət-ənənəsinə uyğun deyil: "Ona görə də atamın dəfn mərasimi bazar günü, yəni dekabrın 8-də keçiriləcək". Beləliklə, Y.Abramovla vida mərasimi dekabrın 8-i saat 12:00-dan 13:00-dək Q...
Cəmiyyət
Gələn ildən yüklərin Çinə nəqli nəzərdə tutulub Qədim İpək Yolunun başlandığı Sian şəhərində ənənəvi “Silk Road Business Summit” işinə başlayıb. Bakı Beynəlxalq Dəniz Ticarət Limanınından BakuCity.az-a verilən məlumata görə, çoxlu sayda dövlət və özəl şirkət rəhbərləri, “Bir Kəmər, Bir Yol” layihəsi üzərində fəaliyyət göstərən qurumların iştirak etdiyi tədbirdə Bakı Limanının Baş direktoru Taleh Ziyadov çıxış edərək bildirib ki, 21-ci əsrin bütün texniki s...
Cəmiyyət
Tbilisi sakinləridirlər 2019-cu il noyabrın 2-də Bakı bulvarı boyunca guya erməni milliyətindən olan şəxslərin avtomobillə hərəkət edərək erməni dilində danışıb qeyri-etik ifadələr işlətmələri ilə bağlı video yayılmışdı. BakuCity.az İTV-yə istinadən xəbər verir ki, "Ermənilər Bakıda" başlıqlı bu görüntü müəyyən müzakirələrə səbəb olmuşdu. Jurnalist araşdırması nəticəsində bəlli olub ki, həmin şəxslər Gürcüstan vətəndaşı olan azərbaycanlılardır. Tbilisi sak...
Hadisələr
Avtomobillərə ciddi ziyan dəyib Nərimanov rayonunda 4 avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Qəza Əhməd Rəcəbli küçəsində qeydə alınıb. BakuCity.az Oxu.az-a istinadən məlumat verir ki, Qənbərov Seyfəddin Kərəməli oğlu idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili ilə hərəkətdə olarkən geriyə dönmə əməliyyatı etmək istəyib. Lakin arxadan gələn nəqliyyat vasitələrini gözləmədiyindən qəzaya səbəb olub. Belə ki, arxada hərəkət...
Cəmiyyət
Qatarlar yeni cədvəl üzrə hərəkət edəcək Azərbaycanda sərnişin qatarlarının maksimal hərəkət sürətlərinin artırılması ilə əlaqədar olaraq 8 dekabr 2019-cu il tarixdən etibarən beynəlxalq və ölkədaxili sərnişin qatarlarının 2019/2020-ci illər üçün yeni hərəkət cədvəli tətbiq ediləcək. “Azərbaycan Dəmir Yolları” QSC-dən BakuCity.az-a verilən məlumata görə, Bakı-Tbilisi-Bakı marşrutu ilə hərəkət edən beynəlxalq sürət qatarının yolda olma müddədti 55 dəqiqə, B...