Polis bölməsinə aparılıb
Müsavat Partiyasının başqanı Arif Hacılı saxlanılıb.
BakuCity.az xəbər verir ki, bu barədə jurnalistlərə partiyanın Aparat rəhbəri Gülağa Aslanlı deyib.
O bildirib ki, A.Hacılı bu gün partiyanın ofisinə gedərkən 8-ci mikrorayon ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb.
A.Hacılının polis bölməsinə aparıldığını bildirilir.
Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının noyabrın 12-də BŞİH-in binası qarşısında piket keçirməsi ilə bağlı müraciətinə cavab verərək, piketin keçirilməsini məqsədəuyğun saymadığını bildirib. Daha sonra Müsavat Partiyası noyabrın 12-də BŞİH-in qarşısında razılaşdırılmamış aksiya keçirəcəyini elan edib.
BakuCity.az