Yeni icra başçısı danışdı: "İndidən nəsə deyə bilmərəm"

Yeni icra başçısı danışdı: "İndidən nəsə deyə bilmərəm"

"Əlimdən gələni əsirgəməməyə çalışacağam"

"İcra başçısı təyin olunacağımı gözləmirdim. Mənim üçün də gözlənilməz oldu. Cənab Prezidentə təşəkkür edirəm ki, məni bu vəzifəyə təyin etdi”.

BakuCity.az xəbər verir ki, bu fikirləri Modern.az-a Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən deputat Elşad Həsənov deyib.

O bildirib ki, iş fəaliyyəti barədə indidən nəsə deyə bilməz:

"İcra başçısı olaraq iş fəaliyyətimlə bağlı onu deyə bilərəm ki, bunu özünüz izləyəcəksiniz. Əlimdən gələni əsirgəməməyə çalışacağam. Bu təyinata görə bir daha dövlət başçımıza minnətdarlığımı bildirirəm. Mənə həvalə edilən işin öhdəsindən gəlməyə çalışacağam”.

Həmçinin oxu: Yeni icra başçıları KİMDİR? - TƏRCÜMEYİ-HAL

Qeyd edək ki, Elşad Eldar oğlu Həsənov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Xatırladaq ki, Elşad Həsənov 17 saylı Yasamal üçüncü seçki dairəsindən Milli Məclisin deputatıdır.

BakuCity.az

Yasamal Elşad Həsənov icra başçısı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər