Rusiyadan Bakıya yeni reys açılır

Rusiyadan Bakıya yeni reys açılır

Həftədə iki dəfə uçuş olacaq

Rusiya şirkəti Azərbaycana uçuşlar həyata keçirməyə başlayır.

BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, “Smartavia” aviaşirkəti 2019-2020-ci ilin qış aylarında Peterburqdakı “Pulkovo” aeroportundan dörd yeni istiqamətə - Bakı, İjevsk, Rostov və Ufaya daimi reyslər açacaq.

“Smartavia” təyyarəsi Azərbaycan paytaxtına həftədə iki dəfə uçuşlar təşkil edəcək.

BakuCity.az

Rusiya aviareys Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər