Bakı komandası 2019-cu il Liqa Smexa mövsümündə kubok aldı - FOTO

Bakı komandası 2019-cu il Liqa Smexa mövsümündə kubok aldı - FOTO

Azərbaycanı beynəlxalq yumor arenada təmsil edən yeganə komandadır

Noyabrın 9-da Ukraynanın paytaxtı Kiyevdə Liqa Smexa Qış Kuboku keçirilib.

BakuCity.az xəbər verir ki, “Liqa Smexa” yarışmasında Azərbaycanı təmsil edən yeganə “Как по Маслу” komandası 2019-cu il Liqa Smexa mövsümünün “Ən yaxşı səhnəciyi”nə görə kubok alıb.

Bu kubok Azərbaycan yumorunun şanlı tarixinə düşəcək, çünki ölkəmizin bu yarışmada qazandığı ilk kubokdur.

Xatırladaq ki, “Как по Маслу” komandası Azərbaycanı beynəlxalq yumor arenada təmsil edən yeganə komandadır.

Komandanın kapitanı Cavid Şahbazbəyov bu hadisəni belə şərh edib:

“Komandamızın hər bir üzvü yüksək nəticə əldə etmək üçün əlinnən gələni etdi və bu kollektiv işinin bir nümunəsidir. Biz Liqa Smexa rəhbərliyinə, başda Naum İosifoviç Barulya, redaktorlarımız Andrey Petroviç Çivurin və Çingiz Mazinova bizə göstərdikləri qayğı və diqqətə görə minnətdarıq. Komandamızın gələcəyi və inkişafı ilə bağlı nikbinik.

Bütövlükdə Azərbaycan yumorunda durğunluq prosesini müşahidə edən “Как по Маслу” komandası ölkədə yumorun inkişafı prosesində təmiz havaya çevrildi. Bir çox komandanın beynəlxalq yumor festivallarında, layihələrdə Azərbaycanı təmsil etməsi bizi məmnun edəcək, buna görə də Liqa Smexa yarışması bu ildən Azərbaycanda fəaliyyət göstərir”.

Bakı komandası 2019-cu il Liqa Smexa mövsümündə kubok aldı - FOTO, fotoşəkil-1 Bakı komandası 2019-cu il Liqa Smexa mövsümündə kubok aldı - FOTO, fotoşəkil-2 Bakı komandası 2019-cu il Liqa Smexa mövsümündə kubok aldı - FOTO, fotoşəkil-3 Bakı komandası 2019-cu il Liqa Smexa mövsümündə kubok aldı - FOTO, fotoşəkil-4 Bakı komandası 2019-cu il Liqa Smexa mövsümündə kubok aldı - FOTO, fotoşəkil-5 Bakı komandası 2019-cu il Liqa Smexa mövsümündə kubok aldı - FOTO, fotoşəkil-6

BakuCity.az

Bakı Liqa Smexa
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər