Bakıda daha bir iri keçiddə eskalator olmayacaq

Bakıda daha bir iri keçiddə eskalator olmayacaq

Liftlər quraşdırılacaq

Paytaxtın "Şamaxinka" adlanan ərazisində tıxacın qarşısını almaq məqsədilə salınan yerüstü keçiddə eskalatorlar olmayacaq.

BakuCity.az məlumat verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Baku.ws-ə bildirib.

O deyib ki, yerüstü keçidin inşasının başa çatması bu ilin sonu, gələn ilin əvvəlinə nəzərdə tutulub:

"Həmin yerüstü keçiddə eskalatorların quraşdırılması nəzərdə tutulmayıb. Keçidin inşası isə bu ilin sonu, gələn ilin əvvəli başa çatacaq. Əvəzində isə liftlər quraşdırılacaq".

Qeyd edək ki, bundan əvvəl Ukrayna dairəsinin yaxınlığında tikilən iri piyada keçidində də eskalatorların nəzərdə tutulmaması sakinlərin narazılığına səbəb olub.

BakuCity.az

Bakı keçid eskalator
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər