Bayraq günündə Bakıda parad təşkil olunub - FOTO

Bayraq günündə Bakıda parad təşkil olunub - FOTO

“CinemaPlus”da möhtəşəm “Bayraq Günü”

Noyabrın 9-da Azərbaycanda “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” bayramı qeyd olunur.

“CinemaPlus” Premium-klass kinoteatrı bu günün şərəfinə paytaxtda möhtəşəm parad təşkil edib.

Kinoteatrdan Bakucity.az-a verilən məlumata görə,  kinoteatrın əlində bayraqları olan işçiləri “Baku Band” orkestrinin müşayiəti ilə “Gənclik Mall” ticarət mərkəzini gəziblər və milli mahnılar səsləndiriblər:

"Alış-veriş mərkəzinə gələn şəxslər isə orkestrlə birgə mahnı ifa edib, həmin anları telefonlara çəkiblər, həmçinin, fotolar və selfilər çəkdiriblər. Həmin an ətrafda əsl vətənpərlik atmosferi yaranıb. İnsanlar bu anlarla qürurlanıb, uşaqların gözləri vətən sevgisinin atəşi ilə alovlanıb".

Bakucity.az

BAKI BAYRAQ GÜNÜ PARAD
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər