Tağıyevin Mərdəkandakı bağ evi təmir edilir - VİDEO

Tağıyevin Mərdəkandakı bağ evi təmir edilir - VİDEO

Məcburi köçkünlər məskunlaşmışdı

Məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Mərdəkandakı bağ evi təmir edilir.

Bu barədə BakuCity.az Xəzər TV-yə istinadən məlumat verir.

Artıq ərazidə təmir-bərpa işlərinə start verilib. İkimərtəbəli bina əvvəlki görkəminə qaytarılacaq.

Təmir işləri çərçivəsində bağda sonralar tikilən binalar sökülüb və ərazi köhnə vəziyyətinə qaytarılıb.

Xatırladaq ki, milyonçunun vəfatından sonra II Dünya müharibəsində bu evdə təxliyə hospitalı fəaliyyət göstərib və Qarabağ müharibəsindən sonra burada məcburi köçkünlər məskunlaşıb.

Mədəniyyət Nazirliyinin sifarişi və Heydər Əliyev Fondunun təşəbbüsü ilə görülən işlərin gələn ilin birinci yarısında başa çatacağı nəzərdə tutulur.

BakuCity.az

Hacı Zeynalabdin Tağıyev Mərdəkan bağ evi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər