Bu səhər Bakı metrosundakı gecikmənin səbəbi açıqlanıb

Bu səhər Bakı metrosundakı gecikmənin səbəbi açıqlanıb

Günah sərnişinlərdədir?

Bu gün səhər saatlarında Bakı metrosunda qatarların gecikməsi qeydə alınıb.

BakuCity.az xəbər verir ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov buna səbəb kimi sərnişin sıxlığını göstərib:

"Bəzi stansiyalarda bu gün səhər sərnişin sıxlığı yaranıb. Stansiyalarda sərnişinlər qatarların qapılarını tutaraq saxlayıb və bu da qatarın 20-30 saniyə gecikməsi ilə nəticələnib. Qatar stansiyadan gec çıxanda isə tuneldə digər qatarlarla rastlaşmaması üçün sürətini azaldıb. Nəticədə bəzi stansiyalarda interval 4-5 saniyə, "İçərişəhər" və "20 Yanvar" stansiyaları istiqamətində isə 5-7 dəqiqəyə çatıb.

Hətta sərnişin sıxlığı az olan “Həzi Aslanov”, “Əhmədli”, “Xalqlar Dostluğu” kimi stansiyalarda minib-düşmədən sonra qatarın gözləməsi halları qeydə alınıb. Ən çox dəqiqə fərqi isə “28 May” stansiyasından “Dərnəgül” istiqamətində olan qatarlarda müşahidə olunub".

B.Məmmədov bildirib ki, stansiyalarda və tuneldə heç bir qatarda nasazlıq və ya digər texniki problem yaranmayıb.

BakuCity.az

Bakı metro sıxlıq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər