Eldar Əzizov Sabunçu sakinlərinin problemlərini dinlədi - FOTO

Sabunçu qəsəbəsində sakinlərin problemləri müzakirə olunub

Ölkə başçısının tapşırığına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun paytaxtın qəsəbələrində keçirdiyi əhali ilə görüşləri çərçivəsində Sabunçu rayonu Sabunçu qəsəbəsində sakinlərininproblemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə novbəti görüş keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, yüzlərlə sakinin, həmçinin qonşu qəsəbələrin nümayəndələrinin iştirakı ilə təşkil olunan görüşdə BŞİH-in başçısı ilə yanaşı, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, paytaxtın və Sabunçu rayonunun müvafiq təsərrüfat və xidmət sahələrinin rəhbərləri də iştirak edərək sakinlərin müraciət və təkliflərini dinləyiblər.

Əvvəlcə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Sabunçu qəsəbəsi üzrə nümayəndəsi Arif Osmanov qəsəbədə görülən işlərlə bağlı hesabatı dinlənilib.

“Açıq mikrofon” formatında keçən görüşdə çıxış edən qəsəbə sakinləri Bakı şəhərində, eyni zamanda, Sabunçu qəsəbəsində görülən işlərə, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və ölkəninBirinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirib, həyata keçirilən siyasi kursa birmənalı dəstək ifadə ediblər.

Çıxış edən BŞİH-nin başçısı Eldar Əzizov bildirib ki, bu gün paytaxtımız sürətlə inkişaf edir və müasir görkəm alır. O, vurğulayıb ki, Prezident İlham Əliyevin siyasəti ümumxalq xarakterlidir və bu istiqamətdə atılan hər bir addımın təməlində vətəndaş amili dayanır. Cənab Prezidentin dövlət qurumları rəhbərləri qarşısında qoyduğu əsas tələb vətəndaşların problemlərinin həllinə öz problemləri kimi yanaşmaqdır.

Paytaxtda aparılan genişmiqyaslı quruculuq və abadlıq işlərindən, o cümlədən çoxmənzilli binaların dam örtüklərinin təmiri, yeni liftlərin quraşdırılması, məhəllələrin əsaslı təmiri və s. məsələlərdən danışan Eldar Əzizov bildirib ki, dövlətimizin başçısı qarşıya paytaxtın qəsəbələrinin də daha da inkişaf etdirilməsi ilə bağlı tapşırıq qoyub.

Görüşdə 30-dan çox sakin çıxış edib, onları narahat edən məsələlər dinlənilib və müvafiq tapşırıqlar verilib.

Müraciətlər, əsasən, su və kanalizasiya xətlərinin yenilənməsi, məhəllədaxili yolların təmiri və işıqlandırılması, fərdi yaşayış evlərinin sənədləşdirilməsi, qəsəbədə yeni uşaq bağçası və məktəb tikintisi, qəzalı binalarda yaşayanların yeni evlərə köçürülməsivə sairə olub.

Bütün müraciət və təkliflər nəzarətə götürülüb.

Bakucity.az

Bakı Eldar Əzizov Sabunçu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Kriminal
Bakıda narkotiki onlayn satmaq istəyən qardaşlar saxlanıldı. Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində ölkə ərazisinə gətirilən külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitələrin və psixotrop maddələrin “qara” bazarda satılmasının qarşısı alınıb. Bu barədə BakuCity.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Baş İdarə əməkdaşlarının daxil ol...
Cəmiyyət
Azərbaycanda indiyədək koronavirus infeksiyasından sağalanların sayı açıqlanıb. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Hazırkı dövrədək ölkəmizdə 4 271 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2 741 nəfər müalicə olunaraq sağalıb, 51 nəfər vəfat edib, 1 479 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.  Həmin şəxslərdən 44 nəfərin vəziyyəti ağır,...
Cəmiyyət
Azərbaycanda daha 149 nəfər koronavirusa yoluxub, 134 nəfər sağalıb. Azərbaycan Respublikasında 149 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 134 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.  BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1955 və 1956-cı il təvəllüdlü iki nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 4 271 nəfərin k...
Cəmiyyət
Şəhərin mərkəzində uçulub-tökülən bir məhəllə. Paytaxtın Nərimanov rayonu ərazisində olan bu məhəllədə yaşayanlar hər gün ölüm təhlükəsi ilə üz-üzə yaşayır. Ərazidə fəaliyyət göstərən tikinti şirkəti tərəfindən sakinlərin yarısı başqa yerə köçürülsə də, digərləri, necə deyərlər, Allahın ümidinə qalıblar. BakuCity.az xəbər verir ki, söhbət Nərimanov rayonu, Malik Məmmədov 28 ünvanındakı məhəllədən gedir. “Komfort həyat” şirkəti tərəfindən ərazidə tikinti iş...
Cəmiyyət
Qurban bayramının qeyd edildiyi günlər qeyri-rəsmi iş günləri olacaq. İyulun 31-i və avqustun 1-i Azərbaycanda İslam aləmində ən vacib bayramlardan biri olan müqəddəs Qurban bayramı qeyd olunacaq. BakuCity.az xəbər verir ki, bu Nazirlər Kabinetinin 2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında Sərəncamında öz əksini tapıb. Azərbayan Respublikasının Baş Naziri Əli Əsədovun 2 dekabr 2019-cu il tarixində imzaladığı...
Hadisələr
Bakıda gənc oğlan yol qəzasında dünyasını dəyişib. BakuCity.az xəbər verir ki, hadisə ötən gün Atatürk prospektində qeydə alınıb. “Domino's pizza”da kuryer işləyən Ülvi motosikleti ilə qəzaya düşüb və aldığı xəsarətdən vəfat edib. Gəncin yaxınlarının sosial şəbəkələrdə yazdığqlarına görə, Ülvi restoranın qoyduğu tələblərə görə həyatını itirib. Belə ki, rəhbərliyin tapşırığına görə, hər sifarişi 30 dəqiqədən gec olmayaraq ünvana çatdırmaq lazımdır. Sifariş...
Cəmiyyət
Bakıda yararsız binaların söküntüsü davam edir. BakuCity.az  xəbər verir ki, yenilənən binaların sakinləri ilə sahibkar arasında rəsmi müqavilə bağlanır və onlar müvəqqəti digər yaşayış yerlərinə köçürülürlər. Hazırda işlər davam edir, mənzilləri sökülən sakinlər müvəqqəti kirayədə yaşadığı dövrdə onların kirayə haqları ödənilir. Sakinlərə evlərinin ölçülərinə uyğun olaraq 400-800 manat arasında kirayə haqqı ödənilir. Daha sonra sakinlər köçürüldükləri mən...
Cəmiyyət
Kürdəmirdə koronavirusa yoluxma sürətlənib. BakuCity.az xəbər verir ki, rayonun Sığırlı kəndində kütləvi yoluxma qeydə alınıb.  Ətraflı reportajı təqdim edirik: BakuCity.az
Cəmiyyət
Azərbaycanda indiyədək koronavirus infeksiyasından sağalanların sayı açıqlanıb. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Hazırkı dövrədək ölkəmizdə 4 122 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2 607 nəfər müalicə olunaraq sağalıb, 49 nəfər vəfat edib, 1 466 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 47 nəfərin vəziyyəti ağır, 5...