Bakıda yeni növ avtobus dayanacaqları quraşdırıla bilər

Bakıda yeni növ avtobus dayanacaqları quraşdırıla bilər

Dayanacaq pavilyonlarının 50%-i təmir edilib

Bakıda 300-ə yaxın yeni avtobus dayanacaqları quraşdırılaraq istifadəyə verilib.

BakuCity.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev Trend-ə deyib.

Onun sözlərinə görə, bu proses ictimai nəqliyyat infrastrukturunun yenilənməsi çərçivəsində həyata keçirilir:

"Xüsusən də avtobus dayanacaq pavilyonları yenidən qurulur. Ötən dövrdə Bakı Nəqliyyat Agentliyi tərəfindən şəhərin müxtəlif yerlərində 300-ə yaxın yeni dayanacaq pavilyonları qurulub. Bundan başqa, Bakı Şəhər İcra Hakimiyyətindən təhvil alınan təxminən 900-ə yaxın dayanacaq pavilyonunun 50%-i təmir edilib. Yəni, bu, davamlı prosesdir.

Qapalı dayanacaqlara gəlincə isə M.Ağayev bildirib ki, hazırda belə bir plan yoxdur:

"Amma gələcəkdə bunun mümkünlüyünü istisna etmirəm".

BakuCity.az

Bakı avtobus dayanacaq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər