Bakıda sosial şəbəkələrdə narkotik satan dəstə üzvü ələ keçdi

Paytaxt sakini tutuldu

Bakıda sosial şəbəkələrdə narkotik vasitə və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olan dəstənin üzvü saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, daxili işlər orqanları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.

Belə ki, Nəsimi Rayon Polis İdarəsi və 21-ci Polis Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan paytaxt sakini Vüsal Vəlizadə saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman əlindəki qutudan 2,631 qram yüksək təsiredici xassəyə malik narkotik vasitə olan kokain, 0,176 qram metamfetamin, həmçinin psixotrop maddələr olan 55 ədəd ekstazi və 102 ədəd preqabalin həbləri aşkar edilərək götürülüb. 

Araşdırmalarla müəyyən edilib ki, Vüsal Vəlizadə narkotik vasitələri və psixotrop maddələri hazırda xarici ölkələrdən birində yaşayan və şəxsiyyəti məlum olmayan şəxsdən onlayn yolla sifariş edərək alıb. V.Vəlizadə narkotik vasitələri əvvəlcədən razılaşdırılan yerdən götürəndən sonra polis tərəfindən tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Onlayn yolla sosial şəbəkələrdə narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslərin ifşa edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

BakuCity.az

Bakı narkotik
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Qızları da qoşulub qaçıb İsmayıllıda iki uşaq anası həyat yoldaşının dostuna qoşulub qaçıb. BakuCity.az Publika.az-a istinadə məlumat verir ki, bir müddətdir M.H. ilə əri arasında münasibətlər pozulub və onlar boşanma həddinə çatıblar. Qadın aralarındakı münaqişə səbəbindən bir dəfə ərindən küsüb ata evinə qayıdıb. Sonradan əri ilə barışsa da, bu, uzun sürməyib. Qadın boşanmaq üçün məhkəməyə müraciət edib. Hazırda ərizəsi rayon məhkəməsinin icraatındadır....
Cəmiyyət
Azərbaycanın yeni turizm marşrutları nümayiş olunub Fevralın 18-də Minsk şəhərində keçirilən “Travel Connections Minsk” tədbirində Belarusun 25 turizm şirkətinə Azərbaycanın turizm məhsulları təqdim edilib. Dövlət Turizm Agentliyindən BakuCity.az-a verilən məlumata görə, B2B formatında keçirilən görüşlərdə Azərbaycanın turizm potensialı haqda geniş məlumat verilib. Eyni zamanda iştirakçılara Azərbaycanın yeni turizm marşrutları nümayiş olunub. Tədbirdə Min...
Cəmiyyət
1500-dək əlilliyi olan şəxsə xidmət göstəriləcək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sumqayıtdakı Əlilliyi olan şəxslər üçün Bərpa Mərkəzində aparılan əsaslı təmir və yenidənqurma işləri başa çatmaq üzrədir. Nazirlikdən BakuCity.az-a verilən məlumata görə, reabilitasiya infrastrukturunun təkmilləşdirilməsi işləri çərçivəsində bu Bərpa Mərkəzində də müasir tələblərə uyğun şərait yaradılır. Burada əlilliyi olan şəxslər bərpa potensiallarının reall...
Cəmiyyət
Qurum təqsirli bilinib Bakı Apellyasiya Məhkəməsində "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin (ASC) inzibati qaydada cərimə edilməsi barərə qərardan verdiyi şikayətə baxılıb. BakuCity.az "Report"a istinadən xəbər verir ki, hakim Mirzəli Abbasovun sədrlik etdiyi iclasda qərar elan edilib. Qərara əsasən şikayət təmin edilməyib. Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti “Azərişıq" ASC barədə inzibati protok...
Mədəniyyət
Ünvanlar ayrı olsa da, qiymətlər, demək olar, eynidir Uşaqlarınızın peşəkar rəqslə məşğul olmasını, baxımlı rəqs etməsini istəsəniz də, məktəb seçimində çətinlik çəkirsiniz? BakuCity.az paytaxtda fəaliyyət göstərən və milli rəqslərimizlə yanaşı, bir çox dünya xalqlarının rəqslərini tədris edən məktəblər barədə məlumat toplayıb. “Graciya Dance Group”da milli və digər xalqların rəqsləri – ləzginka, avar, özbək, hind, gürcü və s. tədris olunur. Dərslər həftə...
Siyasət
Sosial şəbəkələrdə yayılan videogörüntülər də araşdırılıb Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 30 saylı Suraxanı Birinci Seçki Dairəsindən qeydə alınan namizəd Samirə Rəfullayevanın şikayətinə baxılıb. BakuCity.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının üzvü İlham Məmmədov iclasda bildirib ki, seçki məntəqələrinin bəzilərində qanun pozuntularını təsdiq edən videogörüntülər var: “Araşdırma zamanı namizədin mübahisələndirdiyi bəzi...
Cəmiyyət
500 kv.m əraziyə baxış keçirilib Ağstafa rayonunda raket aşkar olunub. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) BakuCity.az-a bildirilib ki, fevralın 19-u saat 09:47-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti - Zəng mərkəzi sistemindən Agentliyə Ağstafa rayonu, Bakı-Qazax yolunun Qarabağ məhəlləsində yolun kənarında mərminin tapılması barədə məlumat daxil olub. Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Ağstafa Rayon Polis Şöbə...
Cəmiyyət
Zavodun dəyəri 14 mln manatdır “Hacıqabul Sənaye Məhəlləsində Azərbaycanın “Azərmaş” şirkətinin Rusiyanın "Qorki Avtomobil Zavodu” (QAZ Qrup) ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı üzrə zavodun tikintisi başa çatmaq üzrədir”. BakuCity.az xəbər verir ki, bunu Azərbaycan İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov “Report”a deyib. Onun sözlərinə görə, zavod üçün avadanlıq sifariş verilib: “Yaxın zaman...
Cəmiyyət
Hədəfi qadın satıcılar olub Bakıda mağazalara dələduz dadanıb və yeni üsulla satıcıları aldadaraq pul alır. BakuCity.az-ın məlumatına görə, bu barədə mağaza sahibi Orxan Məmmədov Baku.ws-ə bildirib. Onun sözlərinə görə, hadisə Nərimanov rayonu, Ceyhun Hacıbəyli, 22 ünvanında yerləşən hədiyyələr mağazasında qeydə alınıb. Mağazaya daxil olan şəxs satıcı qıza yaxınlaşıb. O bildirib ki, həmin şəxs müdirin tanışıdır və qonşu dükanda işləyir. Müştəriyə 50 manata...