Sabah işə qayıdacaq
Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədovun səhhətində problemlər yaranıb.
BakuCity.az Sonxeber.az-a istinadən məlumat verir ki, polis polkovniki səhhətində yaranan problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilib.
Onun soyuqdəymə səbəbindən müalicə aldığı bildirilir.
Polkovnik artıq iki gündür xəstəxanada olduğunu, müalicəsinin davam etdiyini və sabah işə qayıdacağını deyib.
BakuCity.az