Cəlil Məmmədquluzadənin nəslinin davamçıları ilk dəfə Bakıya gəlir

68 ildən sonra ilk dəfə doğma Vətəndə olacaqlar

Görkəmli Azərbaycan yazıçısı və ictimai xadim Cəlil Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri və oğlu Pşemislav Cavanşiri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli tərəfindən ölkəmizə dəvət olunub.

Akademiyadan BakuCity.az-a verilən məlumata görə, C.Məmmədquluzadə şəcərəsinin nümayəndələri yaxın vaxtlarda 68 ildən sonra ilk dəfə doğma Vətəndə olacaqlar. Onlar Azərbaycan Milli Kitabxanasının və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə ölkəmizdə C.Məmmədquluzadəyə həsr edilmiş elmi-mədəni tədbirlərə qatılacaqlar.

C.Məmmədquluzadənin nəslinin davamçıları, həmçinin yazıçının ev-muzeyini və Fəxri xiyabandakı məzarını ziyarət edəcək, Ədəbiyyat İnstitutunun kollektivi ilə görüşəcəklər.

Həmçinin oxu: Hacı Zeynalabdin Tağıyevin gənc qohumu Bakıda söz verdi - FOTO

Qeyd edək ki, uzun illərdir böyük Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin çoxşaxəli irsini tədqiq edən akademik İ.Həbibbəyli ədibin nəsil şəcərəsini araşdırıb müəyyənləşdirmək işi ilə məşğuldur. O, ilk dəfə 1992-ci ildə Tehran şəhərində C.Məmmədquluzadənin 1941-ci ildə ölkədən çıxmış oğlu Ənvər Məmmədquluzadənin (1911-1979) övladları Midhət Cavanşiri və İren Cavanşiri ilə görüşüb və onlarla əlaqələr yaradıb. Həmçinin 1998-ci ildə Parisdə Ənvər Məmmədquluzadənin Azərbaycan Tibb Universitetinin məzunu Məhin Dadipurla nikahından olan qızı Mehri xanım Səqqətçiya ilə də görüşərək onunla əlaqə qurub.

Məmmədquluzadələr şəcərəsi ilə əlaqələrini davam etdirən akademik İ.Həbibbəyli böyük demokrat ədibin Polşada yaşayan nəvə-nəticələrinin də ünvanını əldə edərək, onlarla əlaqə yaratmaq üçün iş aparıb.

İ.Həbibbəylinin yazdığı “Cəlil Məmmədquluzadənin nəsil şəcərəsi” Azərbaycan elmində yazıçıların nəsil ağacından bəhs edən ilk tədqiqatlardan biridir.

BakuCity.az

Bakı Cəlil Məmmədquluzadə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Be the first to rate
(0 ratings)
Hələ heç kəs qiymətləndirməyib
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Siyasət
Panel sessiyalar davam edir Fevralın 28-də Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısı keçirilir. BakuCity.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edib. Dövlətimizin başçısı toplantıda nitq söylədi. Sonra Avropa Komissiyasının Enerji Direktorluğunun baş direktorunun müavini Klaus-Dieter Borxardt çıxış etdi. Toplantı işini panel...
Cəmiyyət
Daha bir sexin fəaliyyəti məhdudlaşdırıldı Bakıda qanunsuz fəaliyyət göstərən un məmulatlarının istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən BakuCity.az-a verilən məlumata görə, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, ev 64 ünvanında fəaliyyət göstərən fiziki şəxs Əliyeva Əsmiyyə İltifat qızına məxsus un məmulatlarının istehsalı müəssisəsində yoxlama keçiriblər. Ümumi sahəsi 25 kv.m-lik ayrıca tikilidə...
Cəmiyyət
Hər kəs iştirak edə bilər Martın 18-də Bakı I Media Forumu təşkil olunacaq. BakuCity.az xəbər verir ki, forumun əsas mövzusu Azərbaycanda xəbər istehlakı, medianın vəziyyəti, yeni trendlər və tətbiq olunan yeniliklər olacaq. Tədbirdə bir çox media və PR mütəxəssisləri, biznes adamları, influenserlər və müxtəlif şirkətlərin nümayəndələri çıxış edəcəklər. Forum "INPRESS PR Solutions"ın təşkilatçılığı ilə həyata keçirilir. Forumun əsas məqsədi son illərdə sür...
Cəmiyyət
Xüsusi dərman məhlullarından istifadə olunur Bakı Nəqliyyat Agentliyi tərəfindən kəskin respirator virus infeksiyalarının yayılmasına qarşı qabaqlayıcı tədbirlər davam etdirilir. Agentlikdən BakuCity.az-a verilən məlumata görə, bu məqsədlə gecə saatlarından reysdən sonra gündəlik təmizlikdən keçən avtobuslar xüsusi dərman məhlullarından istifadə olunmaqla dezinfeksiya olunub. İnsanların həm təmas, həm də hava damcı yolu ilə infeksion xəstəliklərə yoluxması...
Mədəniyyət
Müsabiqə iki mərhələdən ibarət olacaq Ümumi təhsil müəssisələrinin şagirdləri arasında “Sevimli nəğmələr” uşaq mahnı müsabiqəsinə start verilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən BakuCity.az-a verilən məlumata görə, müsabiqənin təşkil olunmasının əsas məqsədi şagirdlər arasında ifa mədəniyyətini yüksəltmək, xüsusi istedada malik məktəbliləri aşkar etmək, onları ictimaiyyətə tanıtmaq, mənəvi sərvətimiz olan uşaq mahnılarının şagirdlər tərəfindən dinlənilm...
Cəmiyyət
"Olmayan bir halın mövcudluğunu necə təsdiqləyə bilərik?!" "Koronavirus təhlükəsi ilə bağlı insanlar virusdan qorunmağın müxtəlif yollarını axtarırlar. Neçə gündür sosial şəbəkələrdə bunun üçün çox sadə üsul - buruna perekis tökməklə virusa yoluxmanın qarşısının alınmasına dair məsləhətlər dolaşır. Bu metoddan özbaşına istifadə etmək məsləhət deyil". BakuCity.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş epidemioloqu, Azərbaycan Tibb Universitetinin Epi...
Cəmiyyət
Dövlət başçısı açılışda iştirak edib Fevralın 28-də Bakı şəhərində Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsindəki yeraltı piyada keçidinin açılışı olub. Bu barədə BakuCity.az AZƏRTAC-a istinadən xəbər verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. BakuCity.az
Cəmiyyət
Virus və soyuqdəymədən necə qorunursunuz? Dünyanı cənginə alan koronavirus epidemiyası can almaqda davam edir. Virus daşıyıcılarının sayı isə durmadan artır. Koronavirus infeksiyasından ölənlərin sayı 2 858 nəfərdir. Virus daşıyıcılarının sayı isə 83 380-dan çoxdur. BakuCity.az xəbər verir ki, epidemiya qonşu İranı da cənginə alıb və bu ölkədə koronavirusa yoluxanların və bu xəstəlikdən ölənlərin sayı artmaqda davam edir. Azərbaycanda da onlarla şəxs koron...
Cəmiyyət
Qərargah yaradılıb Koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradılıb. BakuCity.az-ın məlumatına görə, qabaqlayıcı tədbirlərin görülməsi və Azərbaycan Respublikasının bütün ərazilərində monitorinqin aparılması üçün...