Bakıda saciçi verən restoranlar - SİYAHI + QİYMƏT

Sac yeməklərini sevənlər üçün zəngin menyu

Milli mətbəximizin bir çox ləziz təamları sırasında bol çeşidli, zövqə görə hazırlanan saciçi yeməklər də var. Amma sağlam qidalanmaq üçün harada və nə yediyimizə diqqət etməliyik.

BakuCity.az paytaxtda fəaliyyət göstərən restoran və kafelərdə təklif olunan sac yeməkləri və onların qiymətləri barədə məlumat toplayıb. 

Teleqüllə restoranında saciçi yemək üçün depozit ödəməlisiniz

Akademik Abbaszadə, 12 ünvanında yerləşən restorandan bildirilib ki, burada üç növdə saciçi yemək verilir – can əti ilə saciçi, toyuq əti ilə saciçi və balıq sacda (nərə balığı və qızıl balıq). Amma, sac yeməklərinin növü və tərkibi zövqə görə artırıla, həmçinin azaldıla bilər. Restoranda qonaq olmaq istəyən hər kəs 20 manat depozit ödəməlidir.

“Bürc Qala”nın 1 pay sacı 3 nəfərə bəs edir

Kiçik Qala, 15 ünvanında yerləşən “Bürc Qala” restoranından saytımıza bildiriblər ki, burada beş növ sac yeməyi verilir - can əti, quzu əti və kənd çolpasından saciçi, assorti sac və can əti qovurma sacda. Hər sac yeməyi iki nəfərlik nəzərdə tutulub, amma üç nəfərə də bəs edər.

“Qazmaq”

Kiçik Qala , 124 ünvanında yerləşən Qazmaq restoranında toyuq, dana, quzu əti ilə saciçi, həmçinin nərə balığı ilə saciçi və assorti sac olmaqla 5 növdə yemək verilir.

“Tonqal”da sac sifarişi 2 paydan başlayır

Həsən Əliyev küçəsində yerləşən restorandan verilən məlumata görə, burada da sacın beş növü verilir –  quzu əti, dana əti, çolpa, assorti və içalat sacı. Məkandan əlavə olunub ki, burada sacı iki paydan başlayaraq sifariş verə bilərsiniz.

“Nərgiz”in daimi müştəriləri üçün endirim edir

Tərlan Əliyarbəyov, 9 ünvanında yerləşən “Nərgiz” restoranı müştərilərinə saciçinin 9 növünü təklif edir –  nərə balığından saciçi, toyuq ləvəngi sacda, toyuq ətindən saciçi, dana ətindən saciçi, quzu ətindən saciçi, assorti sac, tərəvəzlə sac, cız-bız və içalat sacı.  Daimi müştərilər üçün qiymətdə endirimlər də edilir.

“Şirvanşah Muzey Restoran”da balıq sacın 1 payı 50-55 manatdır

Salatın Əsgərova, 86 ünvanında fəaliyyət göstərən “Şirvanşah Muzey Restoran”da sacın 6 növü təklif olunur – nərə balığı sacda, malın can ətindən saciçi, quzu və toyuq ətindən saciçi, içalat və assorti sac. Restorandan verilən məlumata görə, məkanda Nərə balığı ilə verilən sacın qiyməti bazara uyğun olaraq tez-tez dəyişir və 1 payı təqribən 50-55 manata başa gəlir.

“Darçın” restoranının ən çox sifariş olunan sacı assortidir

“Darçın” restoranı Zahid Xəlilov, 43 ünvanında yerləşir. Məkandan verilən məlumata görə, burada müştərilərə dörd  növdə sac təqdim edilir – toyuq, quzu və can ətindən saciçi, assorti sac. Restorandan bildiriblər ki, burada ən çox sifariş olunan assorti sacdır.

“Əfsanə” sac yeməklərini zövqə görə hazırlayır

Kafedən verilən məlumata görə, məkanda verilən assorti sacın tərkibi xırda doğranmış toyuq sinə əti, xırda doğranmış can əti (mal), göbələk, kartof, pamidor və bibərdən ibarətdir. Bu sac sadə, holland pendiri və qaymaqlı olmaqla üç növdə hazırlanır.

“Ənənəvi sac” adlandırılan saciçi isə əsasən antrikot, mal  və qoyun əti (iri tikə və sümüklərlə), ciyər qovurması və müxtəlif tərəvəzlər əlavə olunmaqla dörd növdə hazırlanır. Kafe Nəriman Nərimanov, 30 ünvanında yerləşir. 

Qiymət cədvəli:

Restoranlar

Sac

Qiymət

Teleqüllə

Can əti ilə (qoyun əti, 1 pay)

20 AZN

Balıq sacda (1 pay)

23-36 AZN

Çolpa sacda (1 pay)

30 AZN



Bürc Qala

Can əti ilə sac (1 pay)

24 AZN

Quzu əti ilə sac (1 pay)

22 AZN

Çolpa sacda(1 pay)

14 AZN

Assorti sac (1 pay)

35 AZN

Can əti ilə qovurma sac (1 pay)

20 AZN



Qazmaq

Toyuq sac (2 pay)

15 AZN

Dana sac (2 pay)

19 AZN

Assorti sac (2 pay)

22 AZN

Quzu sac (2 pay)

17 AZN

Nərə balığı ilə sac (2 pay)

35 AZN


Tonqal

Quzu və dana əti ilə sac (1 pay)

11 AZN

Assorti sac (1 pay)

12 AZN

Çolpa sacda (2 pay)

16 AZN

İçalat və tərəvəz sacda (1 pay)

8 AZN



Nərgiz

Toyuq ləvəngi sacda (1.200 qr)

31 AZN

Toyuq əti ilə sac (1 pay)

10,50AZN

Dana əti ilə sac (1 pay)

11,90 AZN

Quzu əti ilə sac

8.00 AZN

Assorti sac (1 pay)

12,50 AZN

Cız-bız və quzu içalatı sacda (1 pay)

12,40 AZN

Nərə balığı sacda (1 pay)

33 AZN

Tərəvəz sac (1 pay)

7,50 AZN




Şirvanşah Muzey-Restoran

Nərə balığı sacda (2 pay)

50-55 Azn

Malın can ətindən sac (2 pay)

16 AZN

Quzu ətindən sac (2 pay)

13 AZN

Toyuq ətindən sac (2 pay)

13  AZN

İçalat sac (2 pay)

11   AZN

Assorti sac (2 pay)

15 AZN



Darçın

Toyuq əti ilə sac (2 pay)

18-20 AZN

Quzu əti ilə sac (2 pay)

20 AZN

Can əti ilə sac (2 pay)

22 AZN

Assorti sac (2 pay)

24 AZN

Əfsanə

Assorti sac (qaymaqlı və pendirli, 2 pay)

18 AZN

Assorti sac (sadə, 2 pay)

16 AZN

Antrikot sac

30 AZN

Saciçinin hazırlanmasında eyni vaxtda ətdən və bol tərəvəzdən istifadə olunur. Ən qədim sac yeməyi isə sac qovurmadır ki, o da ətin ən yaxşı hissəsi, qoyun quyruğu və soğanla birlikdə yağda, sac içində qovrulur.

Sacda bişirilən yeməklər isti halda süfrəyə verilməlidir. Bunun üçün sac süfrədə "sacayağı" deyilən 3 dayaqlı altlığın üzərində qoyulur.

Ramilə Qardaşxanqızı

BakuCity.az

Bakı restoran saciçi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Bakı Dairəvi-1 avtomobil yolunda hərəkətin təşkilində dəyişiklik edilib. Nəqliyyat vasitələrinin Bakı Dairəvi-1 avtomobil yolu ilə müxtəlif istiqamətlərdə (Sumqayıt yolu, “20 Yanvar” dairəsi və “Şamaxı yolu”, həmçinin Abbas Mirzə Şərifzadə küçəsi, Yeni Yasamal və MİDA-nin yeni inşa etdiyi yaşayış massivləri istiqamətində) fasiləsiz və rahat hərəkətinin təmin olunması məqsədilə sözügedən yolun 6-cı km-də, yerli keçid yollarını birləşdirən mövcud yolötürücül...
Kriminal
Metroda polisə tabe olmayan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Bakı Metropolitenində polisin qanuni əmrinə tabe olmayan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bu barədə BakuCity.az-a DİN-in Mətbuat xidmətindən bildirilib. Qeyd edək ki, Bakı Metropolitenində xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlara qarşı müqavimət göstərməyə cəhd edərək ictima...
Cəmiyyət
"Hərəkətinə icazə verilməyən nəqliyyat vasitələrinin müəyyənləşməsi xüsusi qaydada aparılacaq". BakuCity.az xəbər verir ki, bu sözləri Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib. K.Əliyev bildirib ki, polis əməkdaşları karantin qaydalarının yumşaldılmasından asılı olmayaraq, gücləndirilmiş iş rejimində çalışacaq: "İyunun 6-sı saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gənc...
İdman
Azərbaycanın futbol klublarının bəzi yoxlama oyunları nəzərdə tutulan vaxtda baş tutmayacaq.  BakuCity.az xəbər verir ki, buna səbəb iki həftə ərzində həftəsonları qadağaların tətbiq edilməsidir.  İyunun 14-də "Neftçi" - "Qəbələ", "Qarabağ" - "Səbail" görüşləri gerçəkləşməyəcək.  Qeyd edək ki, Azərbaycan Premyer Liqasının bazar günü - iyunun 21-də bərpa olunması barədə qərar qəbul edilib. XXI turun oyunları bazar günü keçirilməlidir.  Azərbaycanda qadağala...
Cəmiyyət
"Həftəsonu qadağalarının iyunun 13-ü, 14-ü və 15-də də tətbiq olunması nəzərdə tutulur". BakuCity.az xəbər verir ki, bunu Baş Nazir Əli Əsədov televiziya vasitəsilə çıxışında deyib. Ə.Əsədov qeyd edib ki, xüsusi karantin qaydalarının yumşaldılmasından sonra əhali tələbləri daha çox pozub: “Ona görə də virusa yoluxanların sayında ciddi artım oldu. Odur ki, vəziyyəti öz axarına buraxa bilmərik və qərara alındı ki, qəti sərt tədbirlər görülsün. Digər şəhərlər...
Ekologiya
İyunun 5-də gözlənilən hava şəraiti açıqlanıb. Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim şimal-qərb küləyi arabir güclənəcək. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında  gecə 18-20, gündüz 25-29, Bakıda  gecə 18-20, gündüz  27-29 dərəcə isti olacaq.  Atmosfer  təzyiqi 758 mm ci...
Cəmiyyət
Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilib. Hazırda dünyada yeddi milyonadək insan yeni növ koronavirus (COVID-19) xəstəliyinə yoluxub, 400 minədək şəxs vəfat edib. COVID-19 virusunun peyvəndi bu günədək tapılmadığından dünya dövlətləri tərəfindən davamlı preventiv tədbirlər həyata keçirilməkdədir. BakuCity.az xəbər verir ki, son günlər mövcud karantin rejimi qaydalarının əhali tərəfindən kütləvi surətdə pozulması ölkənin bir sıra bölgələrində san...
Cəmiyyət
Əli Əsədov koronavirusa yoluxma hallarının kəskin artması ilə bağlı əhaliyə müraciət edib. Azərbaycan Respublikasının Baş Naziri, Operativ Qərargahın rəhbəri Əli Əsədov iyunun 4-də ölkəmizdə koronavirusa yoluxma hallarının kəskin artması ilə bağlı əhaliyə müraciət edib. BakuCity.az nazirin müraciətini təqdim edir: "Hörmətli həmvətənlər! Məlum olduğu kimi, 2020-ci ilin əvvəlindən başlayaraq dünyada cərəyan edən və fevral ayından Azərbaycana da idxal olunan...
Cəmiyyət
Azərbaycanda iş saatı dəyişdirilib. Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərində cümə günü saat 14:00-dan bazar ertəsi səhərə qədər iş qrafikinin tam məhdudlaşdırılacağı ilə bağlı qərar qəbul olunub. BakuCity.az xəbər verir ki, dövlət və özəl müəssisələr sabah saat 14:00-a kimi fəaliyyət göstərəcək. Buna görə artıq yerli icra hakimiyyəti və bir sıra dövlət orqanlarının əməkdaşlarına məlumat verilib. Onlara qaydalara ciddi əməl etmələri tövsiyə olunub. Qe...