Bakıda "Caspian Ecology" sərgisi çərçivəsində növbəti tədbir keçirilib - FOTO

Bakıda "Caspian Ecology" sərgisi çərçivəsində növbəti tədbir keçirilib - FOTO

“Şirkətlərin sosial məsuliyyəti – Yaşıl dalğa”

13 noyabr saat 12:00 – da Bakı Ekspo Mərkəzində “Şirkətlərin sosial məsuliyyəti – Yaşıl dalğa” adlı sessiya keçirilib.

Bakucity.az xəbər verir ki, sessiyada bir sıra şirkət nümayəndələri öz korporativ məsuliyyət siyasətləri çərçivəsində ekoloji istiqamətdə həyata keçirilən tədbirlər üzrə praktiki təcrübələrini paylaşıblar.

Tədbirin ardınca isə Bakı Ekspo Mərkəzinin foyesində "CaspianEcology" sərgisi çərçivəsində “Tullantıdan sənətə” ekspozisiyası da nümayiş olunub.

Bu ekspozisiya çərçivəsində “Təmiz Şəhər” ASC ilə birlikdə istehsalat tullantılarından hazırlanmış sənət əşyaları sərgilənib.

Həmçinin rəssam Aytən Abdullayevanın köhnə jurnal kəsiklərindən hazırlanmış orijinal rəsm əsərləri, Nəzrin Musayevanın polietilen paketlərdən hazırlanmış pannosu və xüsusi olaraq okeanları çirkləndirən plastik kütlələrdən birdəfəlik istifadə problemini ön plana çəkmək məqsədi ilə Azərbaycan Beynəlxalq Məktəbi “TISA”nın şagirdləri tərəfindən plastik qablardan hazırlanmış 7,5 metrlik nəhəng balina sərginin bir hissəsini təşkil edib.

Sərgi üç gün davam edəcək.

Bakucity.az

bakı Ekspo Sərgi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər