Bakı bulvarında yeni atraksionlar olacaq

Bakı bulvarında yeni atraksionlar olacaq

Atraksionlar yaxın vaxtlarda gətiriləcək

Bakıda Dənizkənarı Milli Parkın ərazisində yeni atraksionlar quraşdırılacaq.

BakuCity.az xəbər verir ki, bu barədə Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı Trend-ə bildirib.

Onun sözlərinə görə, yeni atraksionlar yaxın vaxtlarda ölkəyə gətiriləcək:

"Bununla bağlı qarşı tərəflə danışıqlar aparılır, yaxın vaxtlarda yeni atraksionları bulvar ərazisində görmək mümkün olacaq. Nə cür olacaqları və hansı ölkədən gələcəyi barədə detallar atraksionlar gətiriləndən sonra ictimaiyyətə bildiriləcək".

BakuCity.az

Bakı bulvar atraksion
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər