Bakıda qeyri-adi robotların sərgisinə pulsuz bilet

Bakıda qeyri-adi robotların sərgisinə pulsuz bilet

Pulsuz biletlər iki gün keçərlidir

Bakıda “Robopark” sərgisini ziyarət etmək istəyənlər üçün pulsuz biletlərin qeydiyyatı başlayıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, 3-6 dekabr tarixlərində Bakı Ekspo Mərkəzində “Bakutel-2019” 25-ci Yubiley Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində ən müasir robot modelləri və mütərəqqi texnologiyalar nümayiş olunacaq:

•Las-Veqasdan Pepper humanoid robotu
•Robot balıqlar
•Dünyaca məşhur Robot rəssam
•Müxtəlif Sumo, Güləş və Dron yarışları
•Kosmo zonası
•6 metrlik uçan astronavt
•Nəhayət, hamının sevimlisi Robot pianoçu

20-dən çox interaktiv zona və robotları görmək istəyənlər, https://robopark.ticketsetup.com/az linkinə daxil olaraq qeydiyyatdan keçə və pulsuz bilet əldə edə bilərlər.

Biletlər yalnız “Robopark” üçün və yalnız 5 və 6 dekabr tarixlərində keçərlidir.

"Expo" mərkəzinə daxil olmaq üçün biletin çap versiyasını təqdim etmək vacibdir.

BakuCity.az

Bakı sərgi bilet
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər