Bakıda sosial evlər niyə bahadır? - HESABLAMA

Özəl şirətlər daha ucuz qiymət təklif edir

Azərbaycanda uyğun qiymətə mənzil satışı davam edir.

BakuCity.az FED.az-a istinadən xəbər verir ki, bir qədər əvvəl Mənzil İnşaatı Dövlət Agentliyi güzəştli evlərin 570 mənzildən ibarət növbəti partiyasını satışa çıxarıb və bu günə olan məlumata görə, artıq 284 mənzilin satışı rəsmiləşdirilib. 

Bununla yanaşı, «sosial evlər», «güzəştli mənzillər», indi isə «uyğun qiymətə mənzillər» adlandırılan bu mənzillərin satış qiyməti (MİDA bu qiyməti güzəştli qiymət kimi təqdim edir) suallar doğurur. 

Qeyd edək ki, sözügedən mənzillər əhaliyə kvadratmetri 950 manatdan başlayan qiymətlərlə təqdim edilir. Nağd alışda qiymət 10% azala bilər. Sosial mənzillər tam təmirli, o cümlədən mətbəx mebelli, kombili və sanitar qovşağı avadanlığı ilə təqdim edilir. 

İlk baxışdan, eləcə də şəhərin mərkəzindəki digər yeni tikililərin qiymətləri ilə müqayisədə sosial mənzillər üçün təklif edilən qiymətlər cəlbedici görünə bilər. 

Bununla yanaşı, sadə hesablamalar, eləcə də ekspertlərin açıqlamaları göstərir ki, sosial evlərin qiyməti indikindən təqiibən 2 dəfə ucuz ola bilərdi. 

Sosial mənzillər niyə 950 manatdır?  - RƏSMİ İZAHAT 

Sosial evlərin qiymətinin formalaşması prinsipi layihənin reallaşması ərəfəsində açıqlandı. MİDA rəsmi olaraq bəymn etdi ki, sosial evlər ərazidəki evlərdən 20% ucuz olacaq. Doğrudan da, «MBA Group» konsaltinq şirkətinin məlumatına görə, hazırda sosial binaların inşa edildiyi Yasamal ərazisində mənzillərin kvadrametrinin qiyməti 1200 manatdır. Bu məbləğdən 20% az qiymət təqribən 950 manatdır. 

İkiqat ucuz ola bilərdi

Bununla yanaşı, ekspertlər sosial evlərin daha da ucuz ola biləcəyi qənaətindədir. Belə ki, elə «MBA Group»un öz hesablamalarına görə, monolit binaların kvadratmetrinin təmirsiz qiyməti 200 manat/m2 başa gəlir. Ərazidə aparılan torpaq işləri və sair bu məbləği bir qədər artırsa da, artım böyük deyil. Təmir xərclərini (hazırda çoxsaylı təkliflərə görə sadə təmir kvadratmetr üçün 190-200 manat ətrafında dəyişir) də nəzərə aldıqda, mənzillərin maya dəyəri kvadratmetr üçün 450 manat ətrafındadır. Digər bütün əlavə xərcləri nəzərə aldıqda, sosial mənzillərin kvadratmetrinin qiyməti 550-600 manatı keçməməlidir.  

Bu rəqəmləri nəzərə aldıqda, hazırda sosial mənzillər təqribən ikiqat artıq qiymətə təqdim edilir. Yeri gəlmişkən, çoxsaylı müraciətlərə baxmayaraq MİDA tikinti işləri üçün maya dəyərini açıqlamır. 

Özəl şirətlər daha ucuz qiymət təklif edir

Sosial mənzillərin hazırki qiymətinin əslində baha olduğunu, digər dövlət qurumlarının apardığı əməliyyatlar da təsdiqləyir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xüsusi imtiyazlı kateqoriyadan olan vətəndaşlar üçün təmirli mənzilləri 2018-2019-cu illərdə özəl şirkətlərdən kvadratmetri 750-800 manatdan əldə edib.  

Bəzi özəl şirkətlər də FED.az vasitəsilə nazirliyə müraciət edərək kvadratı 800 manatdan təmirli mənzillər təqdim etməyə hazır olduqların bildiriblər. 

Torpaq almır, mənfəət əldə etməli deyil

Ən maraqlısı odur ki, məntiqlə, özəl şirkətlərdə qiymətlər daha yüksək olmalı idi. Belə ki, özəl şirkətlər binalırın inşa edildiyi torpaqları almaq üçün əlavə xərclər çəkməli, bu ərazidə böyük torpaq işləri görməli və infrastruktur məsələlərini həll etməlidirlər. Sonda isə biznes qurumu olaraq mənfəət götürməlidirlər. Bunlardan fərqli olaraq MİDA torpağın alınması üçün xərc çəkmir, torpaq dövlət tərəfindən ayrılır, eləcə də, infrastruktur işləri dövlət tərəfindən həll edilir. Digər tərəfdən, özəl şirkətlərdən fərqli olaraq MİDA-nın mənfəət əldə etmək vəzifəsi yoxdur. Başqa sözlə, sosial evlərin fəlsəfəsinə uyğun olaraq bu mənzillər güzəştli təbəqəyə, maya dəyərinə yaxın qiymətlə satılmalıdır. 

Reallıqda isə qiymətlər bazar qiymətlərinə daha yaxın qiymətə satılır və onların əsas üstünlüyü güzəştli ipoteka şərtləri il satılmasıdır. Hərçənd, elektron sistemilə satış zamanı uğur qazanmamaq şansı bu üstünlüyü də azaldır. 

Mənzillər hansı qiymətə satılmalı idi? 

Qiymətlərin daha ucuz, məsələn 600 manat olduğu halda, sosial mənzillərin qiyməti 1 otaqlılarda 18 900 manatdan (hazırda 29 925 manatdan), 2 otaqlılarda 30 906 manatdan (hazırda 47 652 manatdan), 3 otaqlılarda 41 682 manatdan (hazırda 65 997 manatdan) başlamalıdır. Bu vəziyyətdə mənzillərin ipoteka krediti ilə alınması zamanı ilkin ödəniş 1 otaqlılar üçün 3 min manat əvəzinə 1900 manat, 2 otaqlılar üçün 4800 manat əvəzinə 3100 manat, 3 otaqlalır üçün isə 6600 manat əvəzinə 4200 manat ola bilər. 

İpoteka kreditinin aylıq ödənişləri isə 1 otaqlı üçün 129 manat əvəzinə 90 manatdan, 2 otaqlı üçün hazırkı 205 manat əvəzinə 147 manatdan, 3 otaqlı mənzilllər üçün isə hazırki 284 manat əvəzinə 198 manatdan başlaya bilər. 

İlkin və aylıq ödənişlərin bu həddə düşməsi təkcə vətəndaşların daha ucuz evə sahib olması deyil, həm də daha az gəlirli vətəndaşların da qanuni ipoteka kreditlərinə çıxışını asanlaşdırardı. 

Hövsandakı mənzillər 600 manatdan satılacaqmı? 

MİDA-nın Yasamalda tətbiq etdiyi qiymət formalaşması prinsipi Bakının digər ərazilərindəki sosial evlərə də aid olacaqmı? Qeyd edək ki, Bakı ərazisində sosial mənzillər üçün ikinci belə kompleks Hövsan qəsəbəsində inşa edilir. Yenə də «MBA Group» konsaltinq şirkətinin məlumatlarına görə, bu ərazidə mənzillərin qiyməti kvadratmetr üçün 800 manat ətrafındadır. Sosial evlərin ərazidəki evlərdən 20% ucuz olacağını nəzərə aldıqda, həmin prinsiplə Hövsandakı mənzillənin kvadratmetri 640 manata (800 manat/m2 – 20%) satılmalıdır. Amma bir qədər əvvəl İctimai TV-də gedən müzakirələrdə MİDA nümaynədəsi qiyməti bu prinsiplə formalaşmayacağını bildirib. 

Prooblemin həlli nədədir? 

MİDA bildirir ki, mənzillərin maya dəyərindən kifayət qədər yüksək qiymətə satılması gələcək komplekslər üçün vəsait əldə edilməsi və investorları maraqlandırmaq məqsədi daşıyır. Amma bunun üçün daha sadə variantlar var. 

Problemin həlli üçün mümkün çıxış yollarından biri, bu mənzillərin tikintisi üçün ayrılan vəsait hesabına paytaxtdakı müxtəlif tikinti şirkətlərindən mənzillər əldə etməkdir. Bu zaman böyük alıcı olduğuna görə, qiymətləri MİDA özü diqtə edə bilər və bəlli bir səviyyə müəyyən edə bilər – məsələn – kvadratmetri 700 manat. Başqa sözlə, MİDA-nın tenderləri mənzil tikintisi üçün deyil, mənzillərin alınması üçün keçirilə bilər. Bu variantda, əhaliyə daha çox sayda və daha ucuz sosial mənzil satmaq mümkündür.

BakuCity.az

Bakı sosial mənzillər
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Fondun Bakı şəhər İdarəsi isə Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsi adlandırılıb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq Əmri ilə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Mərkəzi Maliyyə və Mühasibatlıq İdarəsi, Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsi və Məhkəmə Mübahisələri ilə İş İdarəsi yaradılıb. Nazirlikdən BakuCity.az-a verilən məlumata görə, Mərkəzi Maliyyə və Mühasibatlıq İdarəsi ilkin mərhələdə DSMF-nin Bakı...
Kriminal
Paytaxt sakinləri Oruc Ağayev və İlkin Salayev tutulublar Binəqədi rayonunda yerləşən mənzillərdən birindən oğurluq olub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat ximdətindən BakuCity.az-a verilən məlumata görə, naməlum şəxs evə daxil olaraq dolabdan qızıl-zinət əşyaları və 2 ədəd mobil telefon oğurlayıb. Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Müəyyən edilib ki, oğurluq hadisəsini törədən...
Siyasət
"Biz sosial şəbəkələrə göz yummaqda maraqlı deyilik" Sosial şəbəkələr olmasaydı, məntəqələrin 98 faizində seçkilər yaxşı keçməzdi. BakuCity.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında MSK sədri Məzahir Pənahov deyib. Həmçinin oxu: MSK daha 7 məntəqənin nəticələrini etibarsız saydı O qeyd edib ki, bu, çox gözəl bir vasitədir: “Sosial şəbəkələrin imkanı çox genişdir. Eyni zamanda çox əsaslı bir mənbədir. Biz sosial şəbəkələrə göz y...
Siyasət
Lider namizəd Mixail Zabelindir Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkiləri ilə əlaqədar 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizədlər Səməd Rəhimli və digərlərinin müraciətinə baxılıb. BakuCity.az-ın məlumatına görə, MSK üzvü İlkin Şahbazov deyib ki, müraciət edən şəxslər həmin dairə üzrə məntəqələrdə qanun pozuntularının olduğunu bildirib, 35 protokol təqdim ediblər: Həm...
Cəmiyyət
Proqram eyni olsa da, qiymətlər fərqlidir Sağlam bədəndə sağlam ruh olar deyiblər. Sağlamlığın yolu isə düzgün qidalanmaqla yanaşı, birbaşa idmandan keçir. Paytaxt sakinləri arasında idmana olan maraq isə yüksəkdir. Buna sübut olaraq şəhərdə fəaliyyət göstərən idman zalları, fitnes klublar və bu tipli müxtəlif salonların getdikcə çoxalmasını göstərmək olar. Bu, insanların özünə olan diqqətinə, qayğısına da işarədir və istənilən halda yaxşı göstəricidir. Mə...
Hadisələr
Hadisə Xocalı prospektində qeydə alınıb Bakıda çoxmərtəbəli binada pəncərə şüşəsini silən qadın həyatını təhlükəyə atıb. BakuCity.az "Report"a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Xocalı prospektində yerləşən 15 mərtəbəli binalardan birində qeydə alınıb. Belə ki, yeni tikilinin 9-cu mərtəbəsində yaşanmış təhlükəli anları lentə alan "Report"un oxucusu həmin görüntüləri redaksiyamıza göndərib. Görüntülərdən məlum olur ki, binada təmizlik işləri apa...
Mədəniyyət
"Atamla fəxr edirəm" Xalq artisti Rafael Dadaşovun oğlu Emil Dadaşov ilk dəfə efirdə görünüb. BakuCity.az Baku.ws-ə istinadən xəbər verir ki, "Şou ATV" verilişinə açıqlama verən 50 yaşlı Emil atası, bacısı və xalası ilə fəxr etdiyini bildirib: "Atamla fəxr edirəm. Hər zaman ondan ibrət dərsi götürmüşəm".  50 yaşlı Emil bir oğul atasıdır. O, Xalq artisti ilə bir evdə yaşayır. BakuCity.az
Cəmiyyət
Qəzaların 80 faizi sürücü diqqətsizliyi ucbatından baş verib Dövlət Yol Polisi sükan arxasında diqqəti olmaq barəsində yeni sosial çarx hazırlayıb. BakuCity.az xəbər verir ki, sosial çarxın hazırlanmasında əsas məqsəd sürücüləri sükan arxasında diqqəti olmağa təşviq etmək, qəzaların qarşısını almaqdır. Videoda gənc ailə təsvir olunub. Yeni dünyaya gələcək övladlarının sevincini yaşayan cütlük avtomobildə hərəkət edir. Bu zaman sürücü öz sevincini bölüşmək...
Cəmiyyət
Boşaldılmış evlər digər məcburi köçkün ailələrinə veriləcək Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 70-dən çox məcburi köçkün ailəsinə verilən mənzilin geri qaytarılması üçün məhkəməyə müraciət edib. BakuCity.az "Report"a istinadən xəbər verir ki, bu barədə Dövlət Komitəsinin Aparat rəhbəri Eldar Zeynalov bildirib. Onun sözlərinə görə, məcburi köçkün ona verilən mənzildə yaşamadığı halda həmin ev geri alınaraq orada başqa məcburi köç...