Bakıda yolu bağlayıb qıza hücum edənləri döydülər - VİDEO

Bakıda yolu bağlayıb qıza hücum edənləri döydülər - VİDEO

Sərxoş vəziyyətdə olublar

Noyabrın 12-də saat 22.45 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 2 nəfərin törətdiyi insidentin yeni görüntüləri əldə olunub.

BakuCity.az xəbər verir ki, Baku.ws-in “qaynar xətti”nə göndərilən görüntülərdə insanların həmin şəxsləri döydükləri görünür.

Qeyd edək ki, noyabrın 12-si saat 22.45 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 2 nəfər naməlum şəxsin yolu bağlayaraq oradan keçən avtomaşınlara və şəxslərə hücum etmələri barədə DİN-in “102” Zəng Xidmətinə məlumat daxil olub.

Həmçinin oxu: Bakıda yolu bağlayıb insanlara hücum edənlər saxlanıldı - YENİLƏNİB + VİDEO

Araşdırma zamanı qeyd olunan əmələ yol verən 1994-cü il təvəllüdlü Eldəniz Təmrazlı və 1992-ci il təvəllüdlü Şəhriyar Hadili müəyyən olunaraq, ərazi üzrə Sabunçu RPİ 13-cü PB gətirilib.

Hər iki şəxsin orta dərəcəli sərxoşluq vəziyyətində olmaları müəyyən edilib.

Həmin şəxslərin əməlində inzibati xətanın tərkib əlamətləri olduğuna görə, onların barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, Sabunçu Rayon Məhkəməsinə göndərilib.

BakuCity.az

Bakı döyülmə sərxoş
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər