Sənədsiz evi olanların nəzərinə: Komissiya saymağa başladı - VİDEO

Sənədsiz evi olanların nəzərinə: Komissiya saymağa başladı - VİDEO

500 minə yaxın sənədsiz tikili var

Prezident İlham Əliyevin müvafiq fərmanından sonra sənədsiz tikililərin qeydiyyata alınması ilə bağlı rayon icra hakimiyyətlərində komissiya təşkil olunub.

BakuCity.az xəbər verir ki, bunu İTV-də yayımlanan "Sabaha saxlamayaq" verilişində Nəsimi Bələdiyyəsinin sədri Nazim Qaraxanov deyib.

O bildirib ki, sənədsiz evlərlə bağlı artıq sayım işləri başlayıb:

“Hazırda Nəsimi rayonu ərazisində sənədsiz evlərlə bağlı ölçmə işləri aparılır. Burada 500 minə yaxın sənədsiz tikili var”.

N.Qaraxanov əlavə edib ki, ölkədə belə tikililərin böyük hissəsi Bakı şəhərinin payına düşür. Papanin", "Xutor" kimi tanınan ərazilərdə, həmçinin Nəsimi bazarı ətrafında xeyli sayda sənədsiz ev var.

BakuCity.az

Bakı sənədsiz evlər
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər