Bakıda məktəb direktorları və müavinləri cəzalandırıldı

Bakıda məktəb direktorları və müavinləri cəzalandırıldı

Onlara xəbərdarlıq edilib

Dərs ili başlayandan Bakıda cəzalandırılan məktəb direktorları və direktor müavinlərinin sayı açıqlanıb.

BakuCity.az-ın məlumatına görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 2019-2020-ci tədris ilinin ötən dövrü ərzində İdarənin tabeliyində olan ümumi təhsil müəssisələri üzrə 2 məktəb direktoru və 2 direktor müavini əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiklərinə görə barələrində intizam tənbehi tədbiri tətbiq edilib.

3 məktəb direktoru və 2 direktor müavininə isə xəbərdarlıq edilib.

BakuCity.az

Bakı məktəb direktorlar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər