Azərbaycan jurnalistləri də Ermənistana gedəcək
Noyabrın 17-də Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycana 5-6 nəfər erməni jurnalist gələcək.
Bu barədə BakuCity.az Haqqin.az saytına istinadən məlumat verir.
Xarici İşlər Nazirliyindən məlumatı nə təsdiq, nə də təkzib ediblər.
Lakin “Yeni nəsil” jurnalistlər birliyinin sədri Arif Əliyev xəbəri təsdiq edib.
Digər məlumata əsasən, 18-19 noyabrda bir qrup Azərbaycan jurnalisti də Ermənistana səfər edəcək.
BakuCity.az