Başı telefona qarışıb
Bakıda baş vermiş dəhşətli qəza anı kameraya düşüb.
BakuCity.az Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə aeroport şosesində qeydə alınıb.
Yüksək sürətlə hərəkətdə olan taksi sürücüsü qəfil qarşıda gedən avtobusa arxadan çırpılır. Ardınca idarəetməni itirərək sağ tərəfdəki dəmir arakəsmələrə dəyir. Avtomobil bütün yol boyu sürüşərək digər istiqamətdəki dəmir arakəsməyə dəydikdən sonra dayanır.
Hadisə nəticəsində taksi sürücüsü xəsarət alır. Hadisəyə səbəb kimi sürücünün mobil telefona başı qarışdığı bildirilir.