Bakıda yeniyetmə ana oldu

Bakıda yeniyetmə ana oldu

Qız uşağı dünyaya gətirib

Bakı şəhəri, Xəzər rayonunda 14 yaşlı qız doğuş edib.

BakuCity.az “Report”a istinadən xəbər verir ki, doğuş iyul ayında olsa da, bu barədə fakt hüquq-mühafizə orqanlarına noyabrda məlum olub.

Məlumata görə, Mərdəkan qəsəbəsində yerləşən 26 saylı Birləşmiş Şəhər xəstəxanasında 2005-ci il təvəllüdlü T.T. doğuş edib. O, qız uşağı dünyaya gətirib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, Azərbaycanda nikah yaşı 18 yaş müəyyən olunur. Üzürlü səbəblər olduqda nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.

BakuCity.az

Bakı yeniyetmə körpə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər