19 yaşlı qvineyalı futbolçu "Neftçi"nin düşərgəsində

19 yaşlı qvineyalı futbolçu "Neftçi"nin düşərgəsində

Qvineya millisində də oynayıb

"Neftçi” PFK baxışa yeni futbolçu dəvət edib.

BakuCity.az paytaxt klubunun saytına istinadən məlumat verir ki, bu, qvineyalı Yamussa Kamaradır.

19 yaşlı Y.Kamara hücumameylli yarımmüdafiəçidir. Vətənində "Seynt Marie” akademiyasında (2012-2016), eləcə də "Elefant de Kolea” (2016-2017), "Satellit” (2017-2018) və "Kalum Star” (2018-2019) klublarında çıxış etmiş futbolçu bu ölkənin U-16, U-20 və U-23 milli komandasının formasını geyinib.

Qeyd edək ki, məşqçilər korpusu bu gün məşqlərə qoşulan Y.Kamara haqqında müsbət qərar verərsə, onunla müqavilə bağlanacaq.

BakuCity.az

Bakı Neftçi Qvineya
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər