Evə buraxılıblar
Bakıda gecə saatlarında 18 mərtəbəli binada yanğın baş verib.
Səhiyyə Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, hadisə yerinə 10 təcili tibbi yardım briqadası göndərilib:
"5-i uşaq olmaqla 11 nəfər tüstüdən boğulma ehtimalı ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə çatdırılıb. Xəstələrə lazımi tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıblar".
Həmçinin oxu: Bakıda 18 mərtəbəli binada yanğın: xəsarət alanlar var - FOTO + VİDEO
Fotoqraf Famil Mahmudbəylinin hadisə yerindən çəkdiyi fotoları təqdim edirik: