Bakıda uşaq evində yaşayan məktəbli qız itkin düşdü

Bakıda uşaq evində yaşayan məktəbli qız itkin düşdü

Polis qızı axtarır

Bakıda uşaq evində yaşayan 10-cu sinif şagirdi itkin düşüb.

BakuCity.az "Report”a istinadən xəbər verir ki, hadisə noyabrın 13-də paytaxtın Nərimanov rayon ərazisində baş verib.

Belə ki, Zərdab rayon sakini, 2003-cü il təvəllüdlü, 10-cu sinif şagirdi Ayşə Vəlizadə Xətai rayon ərazisində yerləşən uşaq evindən şəxsiyyət vəsiqəsi almaq məqsədi ilə Nərimaov rayon ərazisində yaşayan rəfiqəsinin evinə gedib.

O, gecəni orada qalıb. Səhər saat 7 radələrində mənzildən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Qızın yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət ediblər.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

BakuCity.az

Bakı itkin şagird
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər