Türkan sakinlərinin problemləri dinlənildi - FOTO

Türkan sakinlərinin problemləri dinlənildi - FOTO

Türkan qəsəbəsində sakinlərlə səyyar görüş keçirilib

Ölkə başçısının tapşiriğına əsasən  Xəzər rayonu Türkan qəsəbəsində  sakinlərlə səyyar görüş keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətindən BakuCity.az-a verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq paytaxt rayonlarının başçıları Bakı şəhərinin qəsəbələrində sakinlərin   problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə görüşlər keçirirlər. 

Görüşlər çərçivəsində Xəzər rayonu Türkan qəsəbəsində Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov  sakinlərlə görüş keçirilib.

Görüşdə rayon İcra Hakimiyyətinın əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri, qəsəbə sakinləri və ictimaiyyət nümayəndələri ilə yanaşı Bakı Şəhər İcra Hakimiyyətinin dəməsul içiləri iştirak edib.

Əvvəlcə Xəzər Rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahil Babayev qəsəbədə görülmüş işlərlə bağlı məlumat verib.

Sakinlərin fəallığı, yaradılan səmimi abu-hava şəraitində və “Açıq mikrofon” formatında ilə keçən görüşdə Xəzər RİH başçısı Elşən Salahov Prezident İlham Əliyevin dövlət qurumları rəhbərlərinə yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına əsasən mütəmadi olaraq yerlərdə səyyar görüşlərin keçirildiyini bildirib, son vaxtlarda rayonda, eləcə də Türkan qəsəbəsində həyata keçirilən işlərdən danışıb.

Qəbulda səslənən müraciətlər, təklif və rəylər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilib, qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

Səyyar görüşdə BŞİH-in Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Coşqun Cəbrayılov  çıxışında, yerlərdə keçirilən səyyar qəbulların əhəmiyyətini diqqətə çatdıraraq, bu cür qəbullar əhalinin qayğı və problemlərinin öyrənilməsinə və operativ həllinə imkan verdiyini bildirib.

Qəbulda iştirak edən sakinlər Xəzər rayonunda, xüsusilə Türkan qəsəbəsində görülən işlərə, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

BakuCity.az 

Bakı Türkan sakinlər
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər