Bakıda daha bir küçədə nəqliyyatın hərəkəti asanlaşdı - VİDEO

Bakıda daha bir küçədə nəqliyyatın hərəkəti asanlaşdı - VİDEO

229 avtobusun hərəkət sxemi normallaşıb

Bakıda daha bir küçədə nəqliyyatın hərəkəti asanlaşıb.

Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən məlumata görə, qanunsuz parklanmaya qarşı aparılan tədbirlər sayəsində paytaxtın Fikrət Əmirov küçəsində (“28 May” metro stansiyasının yaxınlığı) nəqliyyat şəraiti yaxşılaşdırılıb.

Əvvəllər qeyd edilən ərazidə nəqliyyatın sıxlığını artıran, yolun buraxıcılıq qabiliyyətinə mənfi təsir edən süni amillər aradan qaldırılıb.

Nəticədə, piyada təhlükəsizliyi təmin edilib, sərnişinlərin marşrut avtobuslarından təhlükəsiz istifadəsinə nail olunub, 14 müntəzəm marşrut xətti üzrə 229 avtobusun hərəkət sxemi normallaşıb (bu, 200 mindən artıq sərnişinin daha tez və rahat daşınması deməkdir), digər nəqliyyat vasitələrinin hərəkətində də intensivlik artıb.

BakuCity.az

Bakı nəqliyyat qanunsuz parklama
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər