Mülayim külək əsəcək
Bakıda şənbə günü gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, noyabrın 16-da paytaxtda bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Günün ikinci yarısında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 8-10, gündüz 12-14 dərəcə isti təşkil edəcək.
BakuCity.az