Yarışa 250 gimnast qatılacaq
Noyabrın 16-17-də Bakıda bədii gimnastika üzrə “II Victory and Aquatic Palace cup” beynəlxalq turniri keçiriləcək.
BakuCity.az-ın məlumatına görə, Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova APA-ya bildirib ki, yarış 4-13 yaş qrupuna aid olan idmançılar arasında təşkil olunacaq.
Turnirə Azərbaycanla yanaşı, Rusiya və Gürcüstandan 250 gimnast qatılacaq. 2 gün davam edəcək yarışın açılış mərasimi noyabr 16-da, saat 12:00-da Bakı İdman Sarayında olacaq.
BakuCity.az