Sürücü xəsarət alıb
Bakıda baş verən dəhşətli qəza anı kameraya düşüb.
BakuCity.az Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə aeroport yolunun Sabunçu körpüsü ərazisində baş verib.
Minik maşını manevr qaydalarını pozaraq iri qabaritli avtomobilin yoluna daxil olub. Nəticədə iri qabaritli maşın onu yol boyu sürüyüb.
Hadisə nəticəsində sürücü xəsarət alsa da, ölüm halı qeydə alınmayıb.