Bakının boulinq klublarında vəziyyət – QİYMƏTLƏR

Paytaxtın ən yaxşı boulinq klubları

Boulinq dünyada ən populyar əyləncələrdən biridir. Bu oyun həm dostlarla birgə, həm də ailəvi istirahət üçün əla seçimdir.

BakuCity.az paytaxtın ən populyar boulinq klublarının siyahısını təqdim edir. 

X Strike – Bakı Əyləncə Mərkəzində (BƏM) yerləşir. Sahəsi 1000 kv.m olan boulinq salonu 12 cığırdan ibarətdir. Burada həm yeni başlayanlar, həm də təcrübəlilər üçün oynamaq olduqca rahatdır. Bundan əlavə, X Strike-də rəqiblərin ləzzətli qəlyanaltı edə biləcəyi kafe var.

Boulinq hər gün saat 10:00-dan 00:00-a qədər xidmətinizdədir. Qiymətlər həftəsonları və tətillərdə dəyişir. 

Park Bulvar – bu ticarət mərkəzində alış-verişdən əlavə, digər əyləncələr, o cümlədən boulinqi də görə bilərsiniz. Dördüncü mərtəbədə xüsusi təchiz olunmuş cığırlar və yaxınlığında rahat masalar qurulub. 

Boulinq zalı 10:00-dan 01:00-a qədər açıqdır.

Megafun – paytaxtın digər ən populyar əyləncə mərkəzlərindən biri də boulinqi ilə məşhurdur. Xüsusilə qeyd etmək lazımdır ki, burada 3-8 yaş arası uşaqlar üçün ayrıca kiçik boulinq yeri mövcuddur.

Boulinq həftə içi (bazar ertəsindən cümə gününə qədər) saat 14:00-dan 23: 00-dək, istirahət və tətil günləri isə 11:00-dan 23:00-dək xidmətinizdədir. Çoxsaylı uşaq əyləncə növləri ilə yanaşı, mərkəzdə 20-yə yaxın müxtəlif restoran var.

ONTOP Bowling – Gənclik Mall-da yerləşir. Burada 12 peşəkar oyun cığırı təqdim olunur. Oynamaq istəyənlər saat 10:00-dan 22:00-a qədər gələ bilərlər. Təkbaşına oynaya biləcəyiniz oyunçu qrupunun (10 manat) fərqli dərəcələri var, hər oyuna 6 nəfərə qədər icazə verilir.

Bundan əlavə, klubda isti və soyuq qəlyanaltılar, oyun qurğuları, həmçinin 7D kinoteatrı var.

Bowling Elite – qonaqlarına sərfəli qiymətlərlə boulinq təklif edir. ELITE əyləncə mərkəzində yerləşən zal olduqca geniş və işıqlıdır. Rahat divanları olan kafedə oturmaq, pizza, “fast food”, hətta suşi sifariş etmək imkanı var. Boulinqdən sıxılanda bilyard da oynaya bilərsiniz. Uşaqlar da oyun zonasında əylənə bilərlər.

Bu klubda boulinq saatları 12:00-dan 03:00-a qədərdir. 

Boulinq Olimpik Star – Bura boulinq həvəskarları arasında çox məşhurdur. Məkan 10:00-dan 00:00-a qədər açıqdır.

Klubda əlamətdar günlər və ad günlərini qeyd etmək üçün geniş restoran da var. Kartinq də daxil olmaqla, çox əyləncəli və maraqlıdır.

Bu populyar əyləncənin dəyəri:

Boulinq klub

Qiymətlər

Uşaqlar üçün

Həftə içi

Bazar günü

X Strike

---

15 AZN

30 AZN

Park Bulvar

---

7 AZN

7 AZN

Megafun

AZN

4-6 AZN

7 AZN

ONTOP Bowling

---

44 AZN

44 AZN

Bowling Elite

---

4 AZN

4 AZN

Boulinq Olimpik Star

---

10 AZN

10 AZN

Züleyxa İsmayılova

BakuCity.az

Bakı boulinq əyləncə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kəs qiymətləndirməyib
761 baxış dekabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
170 nəfər ödənişsiz anju əməliyyatı keçirib İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 5 özəl xəstəxana ilə müqaviləsi var. BakuCity.az APA-ya istinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov deyib. Onun sözlərinə görə, bura Mərkəzi Klinik Xəstəxana, Respublika Diaqnostika Mərkəzi, Bakı Sağlamlıq Mərkəzi, Gəncə Beynəlxalq Xəstəxanası və Mərkəzi Klinikanın Gəncə filialı da...
Cəmiyyət
Keçmiş direktor isə vitse-prezidentinin müavini oldu  Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin əmri ilə Məmmədov Bəxtiyar İbrahim oğlu Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) direktoru, zavodun keçmiş direktoru İsmayılov Elman Abbas oğlu isə SOCAR-ın emal üzrə vitse-prezidentinin müavini təyin olunub. Bu barədə BakuCity.az-a SOCAR-dan məlumat verilib. B.Məmmədov 1971-ci ildə anadan olub. Azərbaycan Neft A...
Cəmiyyət
Avadanlıqların istismar müddəti də keçib Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şosesi, ev 10A, döngə 5 ünvanında fəaliyyət göstərən fiziki şəxs Əliağa Rüstəm oğlu Məmmədova məxsus un məmulatlarının istehsalı müəssisəsində yoxlama keçiriblər. AQTA-dan BakuCity.az-a verilən məlumata görə, müəssisənin sanitar-texniki və sanitariya-gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı müəyyən edilib. Sexin bir n...
Mədəniyyət
Nizami Kino Mərkəzinin repertuarında dəyişikliklər edildi Dekabrın 12-də Nizami Kino Mərkəzində ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar repertuarda dəyişikliklər edilib. BakuCity.az xəbər verir ki, mərkəzin repertuarına Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnamə” kinostudiyasının çəkdiyi “Əbədiyyət yolu” adlı sənədli film daxıl edilib. Filmin seansları 13:10 və 15:30-da keçiriləcək. Seanslara giriş sərbəstdir. Həmçinin dekabrın 12-də...
Cəmiyyət
Ögey ana hamilə olduğu üçün polisin nəzarəti altına verildi Paytaxtın Sabunçu rayonu ərazisində azyaşlılar - Qulu və Hüseyn adlı qardaşların ata və ögey anaları tərəfindən işgəncələrə məruz qalmaları faktı ilə bağlı Bakı şəhər prokurorluğunda başlanmış cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir. Prokurorluqdan BakuCity.az-a verilən məlumata görə, aparılmış istintaqla Ağcabədi rayon sakini Xəqani Əkbərovun Nüranə Əkbərova ilə köməksiz vəziy...
Cəmiyyət
"Hər kəsin bu təbliğata qoşulmasını istəyirik" Yol polisi Bakıda son günlər piyadaların ölümü ilə nəticələnən hadisələrin artması ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov BakuCity.az-a bildirib ki, maarifləndirmə yolu ilə piyadaları və sürücüləri bu cür bədbəxt hadisələrdən qorumaq lazımdır: "Bakı şəhəri üzrə ümumi qəzaların nisbətinə...
Cəmiyyət
Evlərin alınması və təmiri prosesi başa çatıb Bakıda kirayə mənzillərin satışa çıxarılacağı vaxt açıqlanıb. BakuCity.az məlumat verir ki, bu mənzillər metronun "Qara Qarayev", "Əhmədli" və "Neftçilər" stansiyasının yaxınlığındadır. İpoteka və Kredit Zəmanət Fondu artıq bu mənzilləri təklif etməyə hazırdır. Bu il yanvarın 25-də Azərbaycan Prezidenti İlham Əliyev "Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması" haqqında fərman...
Cəmiyyət
Bir sıra yollar bağlanacaq Dekabrın 12-də ümummilli lider Heydər Əliyevin xatirəsinin yad edilməsi məqsədilə Parlament prospekti - Fəxri Xiyaban istiqamətində, eləcə də digər ətraf küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq. Bu barədə BakuCity.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib. Həmçinin oxu: Bakının bu yolları tam bağlanacaq - SİYAHI Qeyd edilib ki, bu səbəbdən də qeyd edilən küçə və prospektlərdən keçən müntəzəm marşr...
Cəmiyyət
Qonaqları Yeni il sürprizləri gözləyir Ləziz yeməklərlə bəzədilmiş süfrə, yolka ağacı, Şaxta baba, Qar qız, bayrama özəl sürprizlər, musiqi, şoular və atəşfəşanlıq – bir sözlə, 31 dekabrda əsl Yeni il ab-havası yaşamaq hər kəsin istəyidir. Bəs  bütün bunları hansı məkanlarda həyata keçirək? BakuCity.az bu məqsədlə paytaxtın ən prestijli restoranlarında təşkil ediləcək bayram tədbirləri və xidmətlərlə maraqlanıb. “Baku City”də Yeni ili ulduzlu şou-proqramla...