Bakı metrosundakı sıxlıqda itkin düşən oğlanla bağlı - Polisdən açıqlama

Bakı metrosundakı sıxlıqda itkin düşən oğlanla bağlı - Polisdən açıqlama

İtkin düşmüş şəxsin yaxınları polisə müraciət ediblər

Bakı metrosunda sıxlıq zamanı itkin düşən 16 yaşlı gənci polis axtatır.

Bu barədə BakuCity.az-a Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis bölməsindən bildiriblər.

Hadisə noyabrın 12-də paytaxtın Nəsimi rayonu ərazisində baş verib. 2003-cü il təvəllüdlü Əlirza Böyükzadə dostu Fərman adlı şəxslə telefonla danışdıqdan sonra yaşadığı Yasamal rayonu, M.Fətəli küçəsi, ev 11 ünvanından çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Daha sonra onun yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət ediblər. Araşdırma zamanı məlum olub ki, Ə.Böyükzadə Fərman adlı dostu ilə metronun "Memar Əcəmi" stansiyasında qatardan düşərkən sıxlıq olduğu üçün bir-birilərini itiriblər.

Hadisə ilə əlaqədar “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov BakuCity.az-a açıqlamasında bildirib ki, itkin düşmüş şəxsin yaxınları polisə müraciət ediblər, məsələ hüquq-mühafizə orqanlarının səlahiyyətləri çərçivəsindədir.

Faktı araşdıran Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis bölməsindən isə məlumat verilib ki, faktla bağlı araşdırma davam edir.

Arzu Murad

BakuCity.az

Bakı metro sıxlıq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər